İyulun 8-də Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi Xaçmaz rayonu Nabran qəsəbəsində (Bakıdan 180 kilometr şimal) narkotik vasitənin kultivasiya yolu ilə becərilməsi ilə məşğul olan Xaçmaz rayon sakini Cavat Cavatovu saxlayıb.
Daxili İşlər Nazirliynin mətbuat xidmətinin məlumatına görə, Cavat Cavatov tərəfindən kultivasiya edilən yaş kütləsi 7 ton 765 kiloqram olan ümumilikdə 5175 ədəd çətənə kolu və 48 kiloqram 220 qram narkotik vasitə olan marixuana aşkar edilərək dövriyyədən çıxarılıb.
Cavat Cavatovun ailə üzvləri və vəkili hələ bu məlumata münasibət bildirməyib.
Xatırladaq ki, bundan öncə, iyulun 5-də polis Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsindəki bağ massivində kultivasiya yolu ilə becərilən 16 tona yaxın narkotik bitkini dövriyyədən çıxarıb.