Müdafiə Nazirliyinin çərşənbə axşamı yaydığı bəyanatda deyilib ki, Almaniya çox ehtimal ki, Polşada raketdən müdafiə "Patriot" sistemlərinin yerləşdirilməsini ilin sonuna qədər uzatmağı təklif edib.
Berlin 2022-ci ilin sonlarında Polşa kəndində baş verən ölümcül partlayışdan sonra, yanvar ayında Polşanın şərqinə üç "Patriot" batareyası göndərib. Zərbənin Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələrinin raketi təsadüfən atıldığı güman edilib.
Əvvəlcə ABŞ istehsalı olan sistemlərin yerləşdirilməsi maksimum altı ay davam etməli idi. Lakin Müdafiə Nazirliyi bildirib ki, o, Polşada sistemləri "yayda, çox ehtimal ki, ilin sonuna qədər" saxlamağı təklif edib.
Bununla belə, nazirlik 2023-cü ildən sonra Polşa üçün uzadılma olmayacağını, 2024-cü ildən başlayaraq sistemlərin NATO-nun sürətli cavab qüvvələrinə "vacib töhfə" olacağını bildirib.
Polşa əvvəlcə Almaniyanın "Patriot" bölmələri təklifinə qarşı çıxıb və əvəzində Berlini Ukraynaya silah göndərməyə çağırıb. Kyivə əsas silah yardımı edən Almaniya daha sonra Ukraynaya da "Patriot" sistemi göndərib.
Bu arada, Ukraynanın şərqindəki Pokrovsk şəhərində xilasedicilər bazar ertəsi Rusiyanın iki raket hücumunun dağıtdığı bir neçə binanın altında axtarış aparıb. Raket hücumları azı 9 nəfərin ölümünə səbəb olub.
"Rusiya terrorçularının dünənki raket hücumundan sonra Donetsk vilayətinin Pokrovsk şəhərində xilasetmə əməliyyatları başa çatıb. Doqquz nəfər həlak olub. Ailələrinə və yaxınlarına başsağlığı verirəm," deyə Ukrayna prezidenti Volodimir Zelenski 82 nəfərin də yaralandığını bildirib.
Forum