Polşa seçkilərində hesablanan nəticələr göstərir ki, prezidentliyə namizəd Bronislav Komorovski və onun mühafizəkar rəqibi Yaroslav Kaçinski seçkilərin gələn ay keçiriləcək ikinci turunda yarışacaqlar. Prezident vəzifəsini icra edən və hazırda parlament spikeri olan Komorovski səslərin 41 faizini, cənab Kaçinski isə 37 faizini toplayıb. Erkən seçkilər cənab Kaçinskinin əkiz qardaşı prezident Lex Kaçinski aprelin 10-da Rusiyada təyyarə qəzasınmda həlak olduqdan sonra keçirilir. Cənab Komorovski biznes təmayüllü Avropa İttifaqına meylli Mülki Platforma Partiyasına rəhbərlik edir. Cənab Kaçinski isə qardaşı kimi Avropa qruplaşmasına və ələlxüsus Polşanın tarixi rəqibləri olan Almaniya və Rusiyaya şübhə ilə yanaşır.
Cənab Komorovski biznes təmayüllü Avropa İttifaqına meylli Mülki Platforma Partiyasına rəhbərlik edir. Cənab Kaçinski isə qardaşı kimi Avropa qruplaşmasına və ələlxüsus Polşanın tarixi rəqibləri olan Almaniya və Rusiyaya şübhə ilə yanaşır.