Accessibility links

Polşada ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın abidəsi ucaldılıb


Polşada ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın abidəsi ucaldılıb
Polşada ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın abidəsi ucaldılıb

Polşanın keçmiş prezidenti və müxalifət lideri Lex Valesa Varşavada ABŞ-ın sabiq prezidenti Ronald Reyqanın Polşada kommunizm quruluşunun devrilməsində rolunu təcəssüm etdirən heykəlinin təntənəli açılışında iştirak edib. Mərasimdə çıxış edən cənab Valesa deyib ki, Polşa prezident Reyqan olmadan azad ola bilməzdi.

1981-1985-ci illər Amerika prezidenti olmuş cənab Reyqan Sovet İttifaqı ilə sərt davranışına görə tanınır. Prezident Reyqanın abidəsi ABŞ-ın Varşavanın mərkəzində yerləşən səfirliyi ilə üzbəüz ucaldılmışdır.

Heykəl cənab Reyqanın 1987-ci ildə iyun ayında Berlində sovet lideri Mixail Qorbaçova məşhur “Sökün bu divarı” çağırışı ilə müraciət etdiyi anı təcəssüm etdirir. Cənab Reyqan öz çıxışında soyuq müharibə dövrünün simvolu olan Berlin divarını nəzərdə tutmuşdur.

Bu il Macarıstan da daxil olmaqla, keçmiş şərq blokuna daxil olan ölkələrdə ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın anadan olmasının 100 illiyi münasibətilə onun şərəfinə abidələr ucaldılmışdır.

XS
SM
MD
LG