Accessibility links

Polad Aslanov cəzaçəkmə müəssisəsində aclıq elan edib


Hazırda həbsdə olan "Xeberman.com" saytının təsisçisi və redaktoru Polad Aslanovun iyulun 12-də aclıq aksiyasına başlayıb.

Bu barədə redaktorun həyat yoldaşı Gülmira Aslanova Amerikanın Səsinə deyib.

Onun sözlərinə görə, həyat yoldaşı ona olan təzyiqlərə etiraz edir.

G.Aslanova vurğulayıb ki, koronavirus pandemiyasına görə, məhbusların yaxınları ilə görüşləri qadağandır.

Onun fikrinə görə, bəzi məhbuslara pul əvəzində uzunmüddətli və qısamüddətli görüşlərə imkan verildiyi deyilir.

"Pulu olmayanlar buna etiraz edirlər. Buna görə məhbuslardan birinin aclıq elan etdiyi deyilir. Müəssisə rəhbərliyi hesab edir ki, Polad məhbusları təhrik edir. Poladdan tələb ediblər ki, o? aclıq aksiyasını dayandırsın. Son nəticədə, həmin məhbusu bəyanat yazmağa məcbur ediblər və o yazıb ki, ondan pul tələb edilməyib" - deyə, Gülmirə Aslanova bildirib.

Öz növbəsində, Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, Aslanovun aclıq etdiyi, ona təzyiq göstərildiyi və məhbuslardan pul tələb edildiyi haqqında məlumat həqiqətə uyğun deyil.

“Polad Aslanova qarşı heç bir təzyiq yoxdur. Digər məhbuslardan olduğu kimi ondan da daxili intizam qaydalarına riayət etməsi tələb olunur” - deyə, idarənin nümayəndəsi bildirib.

2019-cu il noyabrın 16-da Xeberman.com saytının təsisçisi Polad Aslanov məhkəmə tərəfindən İranın xeyrinə casusluqda təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilib. O, 12 iyun 2019-cu ildə həbs edilib və Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham olunub. İstintaq iddia edir ki, Aslanov jurnalist həmkarlarını İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa sövq edib.

Jurnalist ittihamı qəbul etmir və bunun jurnalist fəaliyyətinin məhdudlaşıdırılmasına yönəldiyini bildirir.

Sərhədsiz Reportyorlar, Jurnalistləri Müdafiə Komitəsi kimi beynəlxalq hüquq- müdafiə təşkilatları Azərbaycan hakimiyyətini jurnalist Polad Aslanovla bağlı ədalətli məhkəmə təhqiqatını təmin etməyə çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG