Accessibility links

Pol Vokerin ölümündən sonra dayandırılmış Fast and Furious filminin çəkilişləri bərpa edilib


Fast and Furious filminin çəkilişləri noyabr ayında Pol Vokerin qəfil ölümündən sonra dayandırılmışdı. Lakin filmin çəkilişlərinə yenidən başlanıb.

Polun qardaşları Kodi və Keyleb Vokerlər filmin yerdə qalan hissəsinin çəkilişlərində iştirak edir.

Malibu çimərliyində çəkilmiş şəkillərdən görmək olur ki, qardaşların hər üçü biri-birinə bənzəyir.

Xüsusilə də Kodi avtomobil qəzasında həyatını itirən qardaşı Pol Vokerə çox oxşayır.

Filmin çəkilişləri əsasən Əbu Dabidə aparılır və film 2015-ci iln aprelində ekranlara çıxacaq.
XS
SM
MD
LG