Accessibility links

Pol Stronski: İran təkcə Azərbaycanın İsraillə münasibətindən narahat deyil, həm də Azərbaycanın Türkiyə ilə münasibətindən narahatdır


Pol Stronski: İran təkcə Azərbaycanın İsraillə münasibətindən narahat deyil, həm də Azərbaycanın Türkiyə ilə münasibətindən narahatdır
please wait

No media source currently available

0:00 0:07:57 0:00

Pol Stronski: İran təkcə Azərbaycanın İsraillə münasibətindən narahat deyil, həm də Azərbaycanın Türkiyə ilə münasibətindən narahatdır

ABŞ-da qərargahlanan Karneqi Beynəlxalq Sülh Fondunun Rusiya və Avrasiya proqramının baş elmi işçisi Pol Stronski Amerikanın Səsinə müsahibədə Azərbaycan və İran arasında keçən ay ortaq sərhəd yaxınlığında keçirilən təlimlər və İsrailin Azərbaycanda hərbi mövcudluğu ehtimalı ilə bağlı yaranan diplomatik gərginliyi şərh edib.

Amerikanın Səsi: Cənab Stronski, sentyabr ayında İran iddia etdiyi kimi İsrailin Azərbaycanda mövcudluğuna etiraz edib və qeyri-müəyyən tədbir görməklə hədələyib. Rəsmi Bakı isə ittihamları rədd edib. Bunun ardınca İran Azərbaycanla sərhəddə böyük hərbi təlimlər keçirərək, tərəflər arasında gərginliyi daha da artırıb. Bizə bununla bağlı nə deyə bilərsiniz? İranın əsas narahatlıqları nədən ibarətdir?

Pol Stronski: Düşünürəm ki, burada bir neçə məsələ var. Məncə bu, ötən ilki müharibənin əks təsirlədir ki, biz həmin müharibədə ərazi dəyişikliklərinin olduğunu gördük. Biz Ermənistanla Azərbaycan arasında yollar üzərində mübahisələrə şahid olduq və biz İranın yük maşınlarının indi artıq Azərbaycanın nəzarət etdiyi yoldan keçməsinin qarşısının alındığını gördük.

Məncə mübahisələrə müəyyən mənada bu səbəb oldu. Zənnimcə, İran ərazi dəyişikliyinin yaratdığı presentdən və regionda hər hansı sərhəd dəyişikliyindən narahatdır. Məncə İran bu mənada Ermənistanı dəstəkləyir. Amma məncə biz həm də görürük ki, burada məsələ təkcə Ermənistan, İran, Azərbaycan məsələsi deyil. Məncə bu sadəcə İranın sərhədi boyunca mümkün təhlükə və ya hər hansı mümkün sərhəd dəyişikliyi ilə bağlı narahatlıqlarına və bu gərginliyə səbəb olan bir qığılcım idi.

Amma eyni zamanda biz dünya boyu çoxqütblü dünyanın yarandığını görürük. Burada maraqlı olan odur ki, biz Rusiya və ya Birləşmiş Ştatlar haqda danışmırıq. Adətən Qafqaz regionu Rusiya-ABŞ regionu olaraq görülür, amma indi belə görünür ki, artıq yeni oyunçular var, İsrail və Türkiyə.

İran təkcə Azərbaycanın İsraillə münasibətindən narahat deyil, həm də Azərbaycanın Türkiyə ilə münasibətindən narahatdır. Regionda Türkiyə ilə Azərbaycanın birgə hərbi təlimləri, o cümlədən Türkiyə-Azərbaycan-Pakistanın birgə təlimləri keçirilib. Ona görə də, zənnimcə Azərbaycan və Ermənistan artıq Qafqazın artan regional gücləri, yəni Türkiyə, İran və İsrail arasındakı yeni geosiyasi gərginlikdə bir pion olaraq görülür. Ona görə də, mən bu yeni geosiyasi reallığın ənənəvi münaqişələrə yeni mürəkkəblik təbəqəsi əlavə etdiyini düşünürəm.

Amerikanın Səsi: Mənim ikinci sualım da əslində Türkiyənin İranla sərhəddə hərbi təlim keçirməsi və Türkiyənin Azərbaycandakı hərbi mövcudluğu ilə bağlıdır. Sizcə Türkiyənin Azərbaycandakı hərbi mövcudluğu İran üçün nə ifadə edir?

Paul Stronski: Məncə biz unutmamalıyıq ki, Türkiyə-İran əlaqələri çox mürəkkəbdir. Onlar kifayət qədər tez alışandır. Onlar arasındakı tarixi iddialar uzun zamandır mövcuddur. Və məncə Türkiyənin təkcə sərhəddə ordusunu yerləşdirməsi və hərbi təlim keçirməsi deyil, həm də Azərbaycandakı nəzarət missiyası çərçivəsində hərbi mövcudluğu Qafqazın ənənəvi olaraq İran və Türkiyə, o zaman isə Osmanlı İmperiyasının üzərində rəqabət apardığı ərazi olduğunu göstərir.

Biz Türkiyə ilə İranın sərhəd boyu münaqişə apardığını görmüşük. Biz onların Suriyada, Yaxın Şərqin başqa yerlərində münaqişə apardığını görmüşük və bu da onlar arasında gərginliyin olduğu ən yeni regiondur. Biz adətən Qafqaz regionunu təcrid olunmuş, post-Sovet məkanı olaraq görürdük. Amma məncə bu artıq getdikcə onu göstərir ki, Sovet və Post-Sovet və Yaxın Şərq və Aralıq regionları arasındakı qeyri-müəyyən konturlar dəyişir. Bu səbəbdən də biz başqa regiondakı problem və gərginliklərin Qafqazda onsuz da mövcud olan gərginlik və problemlərlə birlikdə üzə çıxdığını görürük.

Amerikanın Səsi: İranla Azərbaycan arasındakı gərginliyin regional təsirləri nə ola bilər? Regionda daha böyük nüfuza sahib olmaq istəyən Rusiya və Türkiyə hər hansı yolla bu gərginliyə cəlb oluna bilərmi?

Paul Stronski: Mən Bakı ilə Tehranın ritorikanı yumşaltmaq istədiklərinə dair xəbərlər oxudum və məncə bu müsbət bir haldır.

Şübhəsiz ki, mən Rusiyanın bu haldan məmnun olmadığını düşünürəm. Bilirsiniz, Rusiya Qarabağ müharibəsində əraziyə sülhməramlılarını yerləşdirmək kimi uzunmüddətli məqsədinə çatsa da, regiondakı mövcudluğu mürəkkəbdir, çünki indi Türkiyə ilə üzləşməlidir. Mən azərbaycanlı və erməni dostlarımla söhbətimdən deyə bilərəm ki, Rusiya vasitəçiliyik etdiyi razılıq və müharibə zamanı davranışı ilə heç bir ölkədən özünə xeyir qazanmadı. Ona görə də mən düşünürəm ki, Rusiya İranın hər hansı artan mövcudluğuna qarşı ehtiyatla davranacaq.

Mən onların buna müqavimət göstərmək istəyəcəklərini düşünürəm. Amma onların bunu etmək imkanlarının olub-olmadığı aydın deyil. Rusiya ilə İran hökumətləri arasında da çox gərginlik və ya ən azından fikir ayrılıqları mövcuddur. Və mən düşünürəm ki, bu son hadisələr, sərhəddə gərginlik, ritorikanın artması regionun ehtiyacı olduğu ən son şeydir. Region hazırda post-münaqişə dövründədir. Orada hələ də COVID-in təsirləri, bunu ictimai sağlamlıq, həmçinin iqtisadi təsirləri mövcuddur. Və sərhədin digər tərəfində İran da bir başqa münaqişəyə cəlb olunmaq durumunda deyil. Ona görə də ümid edirəm ki, regional güclər gərginliyi de-eskalasiya edəcək, ki, belə görünür bu artıq baş verir.

Uzun müddətdə bunun nəticələrinin nə olduğunu görəcəyik, amma məncə hələ ki, İranla Azərbaycan, Azərbaycanla Ermənistan və Ermənistanla Türkiyə arasındakı gərginlik səbəbilə İranla Ermənistan arasında daha çox sinerji mövcuddur. Məncə bu hər zaman mövcud olub, amma indi daha bariz hal alır. Mən qorxuram ki, bu, münaqişədən sonrakı bərpa dövrünə, habelə sərhədləri açmaq, gərginliyi azaltmaq və Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq səylərinə təsir göstərəcək.

Amerikanın Səsi: Sizin də qeyd etdiyiniz kimi Azərbaycan və İran 13 oktyabrda aralarındakı diplomatik böhranı dialoq yolu ilə həll etməyə razılaşıblar. Siz bunun baş verəcəyini gözləyirsinizmi, gərginliyin azalacağını düşünürsünüzmü? Və yaxud bu gərginlik münaqişəyə çevrilə bilərmi?

Paul Stronski: Ümid edirəm ki, münaqişəyə çevrilməz. Məncə bu, həm Azərbaycan, həm də İranın istəyəcəyi ən son şeydir. Bu, bütövlükdə bütün regionun istəyəcəyi ən son şeydir. Regionun regional əlaqələrə, sərmayəyə ehtiyacı var. Daha bir münaqişə bunu etmək və həyatları yaxşılaşdırmaq və iqtisadiyyatı canlandırmaq imkanına ziyan vurar. Ümid edirəm ki, onlar bunu həll edə biləcəklər. Amma xatırlamalıyq ki, onlar arasındakı münsaibətlərdə uzun-müddətli problemlər var. Bu problemlər Sovet İttifaqı dövründən qalır. Onlar İranda böyük azərbaycanlı əhalisinin olması, qarşılıqlı ərazi iddiaları ilə əlaqəlidir.

Yəni bunun arxa planında bütün bunlar mövcuddur. Məncə ötən ilki müharibə və ərazinin yenidən Azərbaycana geri dönməsi mümkündür iranlıları əsəbləşdirdi, çünki onlar hər hansı mümkün dəyişikliyin olmasını istəmirlər. Amma məncə regiondakı mürəkkəbliyi, bu ölkələrin heç birinin müharibəyə ehtiyacının olmadığını və zənnimcə İranın olduqca güclü bir döyüşçü olduğunu nəzərə aldıqda, Azərbaycanın ehtiyatlı olması və danışıq yolunu seçməsi üçün müəyyən səbəblər var. Və məncə İranın daxilindəki qarışıqlıqları nəzərə aldıqlda, ölkədən kənardakı bütün dolaşıqlıqlar İranın ehtiyacı olduğu ən son şeydir. Amma görək nə olur.

XS
SM
MD
LG