Accessibility links

Donald Trampın sabiq kampaniya rəhbəri Pol Manafortun evində reyd keçirilib


Federal Təhqiqat Bürosunun agentləri (FBİ) ötən ay prezident Donald Trampın sabiq kampaniya rəhbəri Pol Manafortun evində reyd keçirib. Beləliklə Rusiyanın prezident seçkilərinə müdaxiləsinə dair araşdırmalar daha da genişlənmiş olur.

Reys Rusiya və Ukrayna ilə dərin maliyyə bağları olan Manafortun Virciniya ştatındakı evində sübh cağı keçirilib.

68 yaşlı Manafortun yardımçıları reydi iyul ayının 26-da sanksiya ilə keçirildiyini, sənədlər və digər materialların götürüldüyünü təsdiq edib.

Reyd Donald Trampın sabiq kampaniya rəhbərinin Senatın Kəşfiyyat Komitəsinin üzvləri ilə keçirdiyi görüşdən bir neçə saat sonra keçirilib.

Manafortun Tramp adından fəaliyyətləri və Rusiya ilə əlaqələrin lobbiçiliyi xüsusi nümayəndə Müller və Konqresin araşdırmalarının diqqət mərkəzindədir.

XS
SM
MD
LG