Polşa prezidenti bazar ertəsi bildirib ki, o, ABŞ-ın Discovery şirkətinin Polşanın TVN şirkətini səhmlərinin nəzarət paketindən imtina etməyə məcbur edə biləcək media haqda qanun layihəsinə veto qoymağa qərar verib.
Prezident Anjey Duda qeyd edib ki, qanun layihəsi polşalıların çoxu tərəfindən bəyənilməyib və Polşanın biznes aparmaq üçün ölkə kimi reputasiyasına zərbə vura bilər.
Bu yaxınlarda parlamentin aşağı palatası tərəfindən qəbul edilmiş qanun layihəsi hər hansı qeyri-Avropa qurumunun Polşada televiziya və ya radio yayım qruplarının səhmlərinin 49%-dən çoxuna sahib olmasının qarşısını ala bilərdi.
Oanun qəbul edilərsə, Polşanın ən böyük özəl televiziya şəbəkəsi TVN-nin sahibi olan ABŞ-ın Discovery şirkəti Polşa holdinqlərinin əksəriyyəti və ya hamısını satmaq məcburiyyəti qarşısında qoyulacaqdı.
Polşalıların çoxu Dudanın tərəfdar olduğu hakim Qanun və Ədalət Partiyası tərəfindən irəli sürülən qanun layihəsini müstəqil və tez-tez hakimiyyəti tənqid edən reportajlar yayımlayan şəbəkənin susdurulması cəhdi kimi görür.
Bu yaxınlarda tele kanal və daha geniş söz azadlığına dəstək məqsədilə ümummilli etiraz aksiyaları keçirilib.
Discovery Polşanı beynəlxalq arbitraj məhkəməsinə verməklə hədələyib.
Duda ölkələrin media şirkətlərinin xarici sahibkarlağını məhdudlaşdırması ilə bağlı qanunlarla razılaşdığını və bir çox digər demokratik ölkələr, o cümlədən ABŞ, Fransa və Almaniyada da belə qanunvericiliyin olduğunu deyib.
Eyni zamanda o, belə bir qanunun Polşada artıq qanuni fəaliyyət göstərən biznesə ziyan vuracağını da bildirib.
Duda qanun layihəsinin imzalanmasının ölkəyə milyardlarla dollara başa gələcəyini qeyd edib və bu qanun layihəsinin hazırda ehtiyac olmadığı barədə bir çox həmvətənlərinin fikri ilə razılaşdığını bildirib.