Accessibility links

Polşa məktəbləri planlaşdırılan LGBT tədbirlərini təxirə salır


Polşada bir neçə məktəb qeylərə və lezbiyanlara qarşı tolerantlıq təşviq edən tədbirləri təxirə salıb. Bu, hökumətin təzyiqlərindən və bəzi ərazilərdə gələn hədələrdən sonra baş verib.

200-də çox məktəb “Göy Qurşağı Cüməsi” layihəsində iştirak etməyi planlaşdırırdı. Bu, Homofobiyaya Qarşı Kampaniyanın anti-diskriminasiya tədbirləri idi. Vətəndaş hüquqları qrupu bununla LGBT şagirdlərin digərləri tərəfindən qəbul edilməsinə müsbət tövhə verəcəyinı ümid edirdilər.

TVN özəl televiziya kanalı xəbər verib ki, bəzi məktəblər yaranmış səs-küydən sonra tədbirləri təxirə salmaq qərarı veriblər.

Mühafizəkar Polşa hökumətinin təhsil naziri Anna Zalevska tədbirlərdən öncə xəbərdarlıq edib ki, bu, tədbirlərə icazə verən məktəb rəhbərləri üçün mənfi nəticələnə bilər. Nazir həm də valideynləri bu cür tədbirlər keçirildiyi halda rəsmiləri məlumatlandırmağı xahiş edib.

Hələlik nə qədər məktəbin bu tədbirləri təxirə saldığı aydın deyil.

XS
SM
MD
LG