Accessibility links

Polşa 200 miqrantın Belarusla sərhədi keçməyə cəhd etdiyini bildirib


Polşa Sərhəd Mühafizəsi Avropa İttifaqının xarici sərhədində davam edən gərginlik fonunda noyabrın 24-də axşam saatlarında 200-ə yaxın miqrantın Polşa-Belarus sərhədini aşmağa cəhd etdiyini bildirir.

Brüssel Belarusu minlərlə adamı yaxın şərqdən gətirərək Polşa, Litva və Latviya vasitəsilə Aİ-yə keçməyə sövq edərək blokun sabitliyini pozmağa çalışmaqda ittiham edir.

Minskin bu addımları Aİ-nin Aleksandr Lukaşenko rejiminə qarşı tətbiq etdiyi sanksiyalara cavab kimi qiymətləndirilir.

Çeremça kəndi yaxınlığında baş verən yeni insident Belarus əsgərləri kömək etdiyi miqrant qruplarla Polşa sərhəd qüvvələrinin arasında hər gün baş verən toqquşmaların bir hissəsidir.

"Onlar sərhədi pozmağa çalışırdılar, sərhədə hücum edirdilər" deyə Sərhəd Mühafizəsinin sözçüsü Anna Mixalska noyabrın 25-də mediaya bildirib. O həmçinin əlavə edib ki, "onlar taxtalar və daş atırdılar və cəhdin qarşısı bizim zabitlər tərəfindən alındı".

Mixalska miqrantların iri taxtaları sərhəd xəttinin üzərinə qoyaraq keçməyə cəhd etdiklərini bildirir. Onun sözlərinə görə, hadisə nəticəsində 5 miqrant yorğunluq səbəbilə xəstəxanaya aparılıb.

Aİ-nin yüksək səviyyəli rəsmiləri Belarusun “hibrid hücum”-u səbəbi ilə beşinci sanksiyalar paketini hazırladıqlarını bildirir.

Gərginlik artdığı bir vaxt, Belarus hakimiyyəti keçən həftə sərhəddəki miqrant düşərgələrini təmizləyib və aylar ərzində İraqa ilk repatriasiya uçuşlarının həyata keçirilməsinə icazə verib.

Noyabrın 25-də Belarus Təhlükəsizlik Şurası hakimiyyət orqanlarının bu il 11500-dən çox qanunsuz miqrantı saxladığını, 5000-ə yaxın insanın isə ölkədən deportasiya edildiyini iddia edib.

XS
SM
MD
LG