Accessibility links

Planet axtaran yeni kosmik teleskop [Video]


Planet axtaran yeni kosmik teleskop
please wait

No media source currently available

0:00 0:01:45 0:00

NASA-nın tranzit yolu ilə ekzoplanet araşdıran kosmik teleskopu Transiting Exoplanet Survey Satellite (TESS) günəş sistemindən kənardakı yeni dünyaları kəşf etmək üçün aprelin 18-də fəzaya göndərilib. Massaçusets Texnologiya İnsitutunun alimləri NASA ilə birlikdə bu missiya üzərində işləyir.

Mühəndislər TESS NASA-nın fəza mərkəzinə gəldikdən bəri, onun düzəldib, sınaqdan keçirirlər.

O, bütün səmada yüz minlərlə, hətta milyonlarla ulduzu araşdırıb, bu ulduzlar ətrafında dövrə vuran yeni planetləri axtaracaq
Sara Siger

Onun missiyası Yer kürəsinin günəşin ətrafında dövrə vurduğu kimi, bir ulduz ətrafında dövrə vuran ekzoplanetlər kəşf etmək və həmin planetlərdə həyatın olub-olmadığını müəyyən etməkdir.

Bu yeni dünyaları kəşf etmək üçün TESS ulduzların parıltısındakı azalmaları qeyd edəcək, çünki bu, onların önündə planetin keçdiyinə işarə edəcək.

“O, bütün səmada yüz minlərlə, hətta milyonlarla ulduzu araşdırıb, bu ulduzlar ətrafında dövrə vuran yeni planetləri axtaracaq,” deyə MIT-dən Sara Siger bildirir.

TESS səmanı bir neçə hissəsəyə bölüb, bir hissəni 27 gün ərzində tədqiq edib, daha sonra növbəti hissəyə keçəcək.

“Missiya bitdiyində, biz ekzoplanet axtarışında səmanın 85 faizini tədqiq etmiş olacağıq,” NASA-nın Ekzoplanetlər və Ulduz Astrofizikası Laboratoriyasından Padi Boyd bildirir.

TESS 2009-cu ildə fəzaya göndərilən, lakin yaxın zamanda yanacağı bitəcək Kepler fəza teleskopunun missiyasını genişləndirəcək.

TESS
TESS

Kepler 2600 ədəd təsdiq olunmuş ekzoplanet kəşf edib, amma onların hamısı çox uzaqdadır.

TESS iki il boyunca günəş sisteminə yaxın yeni dünyalar, yəni ulduzların ətrafında yaxından dövrə vuran çox parlaq planetlər axtaracaq ki, Yer kürəsindəki astronomlar onları daha detallı şəkildə tədiqiq edə bilsin.

TESS bizim səyahət etmək istədiyimiz planetlərin bəzilərini müəyyən edəcək missiyadır
Podi Boyd

“Biz planetin kütləsini ölçə, atmosferə baxıb, su buxarı kimi şeylər, hətta planetdə həyatın olduğuna dair əlamətlər axtara bilərik,” Siger söyləyir.

“TESS bizim səyahət etmək istədiyimiz planetlərin bəzilərini müəyyən edəcək missiyadır,” Boyd deyir.

Alimlər ümid edir ki, bir gün onlar əlavə təqdiqat aparmaq üçün həmin planetlərə robotlar göndərə biləcək.

XS
SM
MD
LG