Accessibility links

ABŞ və Cənubi Koreya hərbi qüvvələri arasında yeni plan imzalanıb


Cənubi Koreya Müdafiə Nazirliyinin rəsmiləri bildirirlər ki, ABŞ hərbi qüvvələri ilə imzalanan yeni plan onlara Şimali Koreyanın hər hansı provokasiyasına dərhal və qəti şəkildə müqavimət göstərməsinə imkan verir.

Provokasiyalara qarşı birgə mübarizə planı Şimali və Cənubi Koreyalar arasında 60 il əvvəl imzalanan atəşkəs əldə edilməsindən bəri Koreya yarımadasındakı gərginliyin artdığı bir vaxt imzalanıb.

Cənubi Koreya rəsmiləri deyirlər ki, yeni plan ABŞ-ı yarımadada mümkün hərbi əməliyyatlar zamanı hərbi qüvvələrə nəzarətdən kənar edəcək. Amma Cənubi Koreya Şimali Koreya tərəfindən hər növ təhrikçiliyi ilə mübarizə aparmağa imkan yaradacaq.

Şimali Koreyanın son provokasiyaları 2010-cu ilin noyabr ayında Cənubi Koreya ilə sərhəd bölgədə atəş açılması zamanı 2 mülki vətəndaş və 2 dənizçinin həyatını itirməsinə səbəb olmuşdu.
XS
SM
MD
LG