Uzun zamandır alimlər piylə xərçəng arasında güclü əlaqənin olduğundan şübhələnirdilər. Bu yaxınlarda Science (Elm) jurnalında dərc olunan yeni araşdırmanın nəticələri isə piy və xərçəngin yayılması arasında həqiqətən də birbaşa əlaqənin olduğunu göstərir. Bu tapıntı xərçəngin yeni müalicə yollarına gətirib çıxara bilər.
Barselonada alimlər xərçəng hüceyrələrində CD-36 adlanan zülal aşkar ediblər.
Yağ turşuları hüceyrəyə bir çox yolla daxil ola bilər. CD-36 da reseptordur, yəni yağ turşularının xərçəngə daxil olduğu bir tuneldir.Salvador Aznar Benitah
Onlar bu zülala xərçəngin metastaz verməsinin yəni bütün bədənə şaxənlənərək yayılmasının səbəbini araşdırarkən rast gəliblər.
IRB Barcelona-dan Salvador Aznar Benitah: “Milyonlarla hüceyrə arasından hansılarının şişdən ayrılıb uzaq orqanlara yayılmağı bacaracağını müəyyən etmək hələ ki tam mümkün deyil.”
CD-36 xərçəng hüceyrələrinin çoxalmaq üçün ehtiyacı olan yağ turşularını qəbul etməsinə yol açır.
“Yağ turşuları hüceyrəyə bir çox yolla daxil ola bilər. CD-36 da reseptordur, yəni yağ turşularının xərçəngə daxil olduğu bir tuneldir”, Benitah deyir.
Müəyyən olub ki, bədənə yayılan da elə CD-36 yolu ilə piyin daxil olduğu xərçəng hüceyrələridir.
Beləliklə tədqiqatçılar CD-36-nı bloklayıb və bununla da xərçəngin yayılmasının da qarşısı alınıb.
“CD36-nı əngəlləməklə bir çox şişin metastaz vermək qabiliyyəti tamamilə yoxa çıxdı”, deyə Benitah bildirir.
Bununla da bitmir, siçan üzərində aparılan sınaq göstərib ki, əgər xərçəng artıq yayılıbsa, zülalı bloklamaqla yeni şişlər azalır.
Bu yeni məlumatla alimlər CD-36-nın qarşısını almağın dərman vasitəsilə və təbii yollarını araşdırırlar.
Onlar yağ turşularının az olduğu yeməklər yeməyin xərçəngin yayılmasının qarşısını alıb-almadığını müəyyən etmək üçün sınaqlar keçirirlər və bundan əlavə “piyi sevən” bu zülalı ortadan qaldıracaq yeni dərmanlar axtarırlar.
CD36-nı əngəlləməklə bir çox şişin metastaz vermək qabiliyyəti tamamilə yoxa çıxdı.Salvador Aznar Benitah
Salvador Aznar Benitah: “Biz Birləşmiş Krallıqda fəaliyyət göstərən Milli Araşdırma Şura Texnologiyası (MRCT) şirkəti ilə birlikdə CD36-nı təsirsiz hala gətirəcək anticismlər yaratmağa çalışırıq”.
Əgər onların araşdırma və sınaqları müsbət nəticə versə, beş il ərzində xəstələrə verə biləcəkləri məhsulun hazır olacağını deyirlər.