Accessibility links

Rəsmi açıqlama: Pilot təyyarəni qəsdən qəzaya uğradıb


Aviasiya rəsmiləri deyir ki, Mozambik hava Yollarına məxsus təyyarə keçən ay Namibiyada pilot tərəfindən qəsdən qəzaya uğradılıb

Noyabrın 29-da TM470 nömrəli uçuşla hərəkət edən təyyarə Mozambik paytaxtı Maputonu tərk edərək Anqolaya istiqamət alsa da, baş vermiş qəza nəticəsində 27 sərnişin və 6 ekipaj üzvü həlak olmuşdu.

Mozambik Mülki Aviasiya İnstitutunun rəhbəri Coao Abreu deyib ki, uçuş göstəriciləri kapitan Herminio dos Santosun təyyarəni açıq-aydın qəsdən qəzaya uğratmaq istəyiilə avropilot idarələrini manipulyasiya etdiyini göstərir.

O deyib ki, təyyarə qəzaya uğrayan zaman ikinci pilot kabinədə saxlanılıb və təyyarə qəza uğrayan zaman onun bağırtısını eşitmək olur.
XS
SM
MD
LG