Petro Poroşenko Ukrayna prezidenti kimi and içib
Kiyevdə Ukraynanın yeni prezidenti seçilmiş Petro Poroşenkonun and içmə mərasimi olub. Sovet İttifaqının dağılmasından sonra ölkənin beşinci prezidentinin inaqurasiya mərasimində dünya ölkələrinin liderləri, o cümlədən, ABŞ-ın vitse-prezidenti Co Bayden iştirak edib.
Cənab Poroşenko inaqurasiya çıxışında Krımın Rusiya tərəfindən ilhaq edilməsini qəbul etmədiyini deyib. “Krım Ukraynanıdır, Ukraynanın olub və Uklraynanın olacaq”-deyə prezident Petro Poroşenko bildirib.
Ukraynanın yeni lideri Rusiya tərəfdarı separatçıların Ukraynanın təhlükəsizlik qüvvələri ilə toqquşduğu şərq bölgələrinin vətəndaşları ilə dialoq aparacağına söz verib. O, silahı yerə qoyan döyüşçülərə amnistiya veriləcəyini deyib və zorakılığa son qoyulması üçün danışıqlar aparılmasını təklif edib.
“Mən sülh istəyir və Ukraynaya birlik gətirmək istəyirəm”-deyə prezident Petro Poroşenko bildirib.
Yeni prezident qarşısında ölkədə ciddi iqtisadi problemlərin həlli və Rusiya ilə sərhəddə iğtişaşlara son qoyulması kimi mühüm vəzifələr durur.
Petro Poroşenko mayın 25-də Ukraynada 21 namizədin iştirak etdiyi prezident seçkisində səslərin çoxunu alaraq qələbə əldə etmişdi.