Accessibility links

Pentaqon: Moizin qətli ilə əlaqədar həbs olunan bəzi kolumbiyalılar ABŞ hərbi təhsili alıblar


Pentaqon sözçüsü Amerikanın Səsinə elektron poçtla göndərdiyi açıqlamada Prezident Jovenel Moizin öldürülməsi ilə əlaqədar Haiti Milli polisi tərəfindən saxlanılan bəzi Kolumbiya vətəndaşlarının "ABŞ-ın hərbi təlim və təhsil proqramlarında" iştirak etdiklərini təsdiqləyib.

Pentagon: Some Colombians Arrested in Moise Assassination Probe Received US Military Training

Polkovnik-leytenant Ken Hoffman bunun təlimlə bağlı məlumat bazasına baxış zamanı ortaya çıxdığını söyləyib, amma təlimin nə vaxt və harada keçirildiyini qeyd etməyib.

"Təhqiqatımız davam edir, buna görə hazırda əlavə detallarımız yoxdur" – deyə, Hoffman bildirib. Bu barədə ilk olaraq “Washington Post” qəzeti məlumat verib.

ABŞ Müdafiə Nazirliyi hər il Cənubi Amerika, Mərkəzi Amerika və Karib dənizindən minlərlə hərbçiyə təlim verdiyini açıqlayıb.

Hoffman təlimin "insan hüquqlarına hörmət, qanunun aliliyinə və demokratik yolla seçilmiş mülki rəhbərliyə tabe olan hərbi birliklərə tabe olmaq" mövzusunda olduğunu qeyd edib.

Cümə axşamı Kolumbiya prezidenti yerli bir radiostansiyaya bildirib ki, saxlanılan kolumbiyalıların əksəriyyəti aldadılaraq Haiti lideri üçün mühafizə xidməti verəcəklərinə inandırılıblar.

İvan Duq bildirib ki, "oraya çatandan sonra onlara verilən məlumatlar dəyişdiriib" və bu adamlar sui-qəsd planında şübhəli biliniblər.

Haiti Milli Polis rəisi Leon Çarlz polisin sui-qəsdlə əlaqədar 18 kolumbiyalını həbs etdiyini deyib.

ABŞ Prezidenti Co Bayden cümə axşamı səfərdə olan Almaniya kansleri Angela Merkel ilə keçirdiyi ortaq mətbuat konfransı zamanı ABŞ-ın ölkədəki hərbi iştirakına açıq olmadığını, ancaq ABŞ-ın Haitidəki səfirliyini möhkəmləndirmək üçün əsgər göndərəcəyini açıqlayıb.

"Biz yalnız Amerika dəniz piyadalarını səfirliyimizə göndəririk. Amerika qüvvələrinin Haitiyə göndərilməsi fikri gündəmdə deyil" – deyə, Bayden bildirib.

XS
SM
MD
LG