Accessibility links

Pentaqon Milli Qvardiyanın etirazçılarla rəftarını araşdıracaq


\
\

ABŞ Müdafiə Naziri Mark Esper Milli Qvardiyanın ölkə daxilində yaşanan etrirazlara reaksiyası barədə hesabat verməsini əmr edib.

ABŞ-da ölkə miqyasında vüsət alan etirazlar afrikalı-amerikalı Corc Floydun Minneapolis şəhərində polis tərəfindən saxlandığı zaman həyatını itirməsindən sonra başlamışdı.

Pentaqon cümə axşamı verdiyi açıqlamada bildirib ki, Milli Qvardiyanın xüsusilə son iki həftə ərzində “vətəndaş itaətsizliyinin yoluna qoyulmasında yerli və federal hüquq-mühafizə əməkdaşlarına dəstəyi”-nə baxış keçiriləcək.

"Etirazçıların öz konstitusion hüquqlarından yararlanaraq dinc etirazların keçirməsinə şərait yaradan əsgərlər və pilotlarla qürur duyuram," Esper açıqlamada bildirb.

Lakin Milli Qvardiya bölmələrindən paytaxt Vaşinqtonda, Ağ Evin qarşısında dinc etirazçıları dağıtmaq üçün istifadə edilməsi geniş tənqidlərə yol açıb.

Ordu katibi Rayan Makkarti 30 iyul tarixinə qədər Esperə təqdim edilməsi planlaşdırılan araşdırmanının təşkil edilməsinə rəhbərlik edəcək.

XS
SM
MD
LG