Accessibility links

Pentaqon ABŞ qüvvələrinin Suriyada neft sahələrini qorumadığını, diqqəti İŞİD-ə yönəltdiyini bildirib


ABŞ-ın Suriyadakı qüvvələri İslam Dövləti qruplaşmasının qalıqları ilə mübarizəyə köklənib və sabiq Prezident Donald Trampın əmr etdiyi kimi neft sahələrini mühafizə etmir. Bu barədə bazar ertəsi Birləşmiş Ştatların Müdafiə Nazirliyinin rəsmisi məlumat verib.

Pentaqonun sözçüsü Con Körbi ABŞ şirkətinin Suriyanın şimal-şərqindəki neft ehtiyatlarının istismarına kömək etmək üçün keçən il Suriyanın şimalında kürdlərlə müqavilə bağladığından bəri ABŞ əsgərlərinin bu işə cəlb edilmədiyini deyib. Onun sözlərinə görə, bölgədəki 900 ABŞ hərbçisi və podratçısı "Suriyada neft resurslarını inkişaf etdirmək istəyən işçilər və ya agentlər daxil olmaqla hər hansı digər özəl şirkətə kömək etmək səlahiyyətində deyil".

O həmçinin əlavə edib ki, yeganə istisna,Suriyada ABŞ əsgərlərinin mülki insanları qorumaq üçün mövcud səlahiyyətləri çərçivəsində fəaliyyət göstərməsidir və bu, ABŞ qüvvələrinin neft sahələri ətrafında davamlı mövcudluğunu izah edə bilər.

"Yadda saxlamaq vacibdir ki, bizim missiyamız İŞİD-in tamamilə məğlubiyyətini təmin etmək olaraq qalır" - deyə, o, İslam Dövlətini qrupunu nəzərdə tutaraq bildirib.

Bu dəyişiklik daha çox ABŞ-ın yeni Prezidenti Co Baydenin Trampın Suriyada on ildir sürən vətəndaş müharibəsi ilə bağlı siyasətində tonun dəyişməsini əks etdirir.

Əsas neft yataqları ölkənin şimal-şərqində ABŞ-la müttəfiq olan Suriya Kürd Demokratik Qüvvələrinin nəzarət etdiyi və neft gəlirlərindən asılı olduğu bölgədə yerləşir.

2019-cu ildə Suriya və İraqda İslam Dövləti "xilafəti" ABŞ və müttəfiq qüvvələr tərəfindən darmadağın edildikdən sonra Tramp ABŞ əsgərlərinin böyük hissəsinin ölkədən çıxarılacağını və neft sahələrini "qorumaq" üçün kiçik qüvvə saxlayanılacağını bildirmişdi.

ABŞ rəsmiləri o zaman hərbi qüvvələrin neft sahələrinin ekstremistlərin əlinə keçməsinin qarşısını almaq üçün orada olduqlarını qeyd etmişdi.

Növbəti il bundan əvvəl ABŞ-ın tanınmayan neft şirkəti “Delta Crescent Energy” kürdlərlə neft yataqlarını istismar etmək üçün müqavilə imzalayıb.

XS
SM
MD
LG