Accessibility links

Pensiyalar və bir sıra müavinətlər 10 faiz artırılıb


Prezident İlham Əliyev
Prezident İlham Əliyev

Prezident İlham Əliyev ayrı-ayrı əhali qrupunun sosial müdafiəsi sahəsində sərəncamlar imzalayıb.

Ölkə başçısı yaşa görə əmək pensiyasının baza hissəsinin məbləğini 2016-cı il fevralın 1-dən 10 faiz artırıb. Bundan sonra pensiyanın baza hissəsi 110 manat təşkil edəcək.

Fevralın 1-dən şəhid ailələri üçün prezident təqaüdü 10 faiz artırılaraq 220 manat olub. .

Həmçinin 1990-cı il 20 yanvar hadisələri zamanı əlil olan şəxslərin prezident təqaüdünün həcmi 10 faiz artırılıb. Artımdan sonra həmin müavinətlər, - I qrup əlil üçün - 165 manat, II qrup əlil üçün -143 manat, III qrup əlil üçün - 110 manat təşkil edəcək.

Məcburi köçkünlərə yemək xərci üçün verilən müavinətin həcmi də 10 faiz artıb.

2015-ci il dekabrın 21-də Azərbaycan Mərkəzi Bankı manatın dollara nisbətdə məzənnəsini 48 faiz endirərək “üzən məzənnə” rejiminə keçib. Bundan sonra ölkədə bir çox ərzaq məhsulları və istehlak malları 20-50 faiz, dərman və tibbi ləvazimatlar 50 faizdən çox artıb.

Xatırladaq ki, ötən ilin martında da manat dollara nisbətdə 34 faiz devalvasiyaya uğrayıb.

Son günlər qimət artımlarına, işsizliyə etiraz olaraq ölkənin bir sıra rayonlarında aksiyalar keçirilib

XS
SM
MD
LG