Accessibility links

Penitensiar Xidmət: "Taleh Bağırovun bütün hüquqları qorunur"


Penitensiar Xidmət-logo
Penitensiar Xidmət-logo

“Penitensiar Xidmət bir daha bildirir ki, Taleh Bağırov ona qarşı hər hansı qanunazidd hərəkətlərə yol verilməsi, eləcə də aclıq etməsi barədə ərizə ilə müraciət etməyib. Onun təhlükəsizliyi təmin olunmaqla bütün hüquqları qorunur.”

Bu barədə Penitensiar Xidmətin bu gün, fevralın 15-də yaydığı açıqlamada deyilir.

Penitensiar Xidmət
Penitensiar Xidmət

Açıqlamada bildirlir ki, Taleh Bağırovun həyat yoldaşı Leyla İsmayılzadə bəzi informasiya saytlarında müsahibə verərək həbsxanada cəza çəkən Taleh Bağırova qarşı müəssisə əməkdaşları tərəfindən təzyiqlər olması, vəkili ilə görüşə, telefon danışıqlarına icazə verilməməsi və bu səbəbdən onun uzun müddətdir ki, aclıq etməsi barədə həqiqətə uyğun olmayan fikirlər səsləndirib.

Penitensiar xidmətin açıqlamasında deyilir ki, həbsxana rəisi Aftandil Ağayev fevralın 12-də Taleh Bağırovun atası Kamil Bağırov və həyat yoldaşı Leyla İsmayılzadəni qəbul edib.

Taleh Bağırova qarşı heç bir hüquqazidd hərəkətlərə yol verilməyib, vəkili və qohumları ilə görüşə, habelə telefon danışıqlarına lazımi şərait yaradılıb
Penitensiar Xidmətin açıqlamasından

“Qəbul zamanı onlarla hərtərəfli izahedici söhbətlər aparılıb, narahatçılığa heç bir əsas olmadığı diqqətə çatdırılıb və qeyd olunub ki, Taleh Bağırova qarşı heç bir hüquqazidd hərəkətlərə yol verilməyib, vəkili və qohumları ilə görüşə, habelə telefon danışıqlarına lazımi şərait yaradılıb. Lakin Taleh Bağırov onunla görüşə gəlmiş vəkil Bəhruz Bayramovla görüşdən, eləcə də nəzərdə tutulmuş müddətlərdə təqdim edilən telefon danışıqlarından imtina edib. Bütün bu halların hər biri müvafiq qaydada sənədləşdirilb.”

Açılamada deyilir ki, qohumlarının narahatçılığını anlayaraq həbsxana rəisi Taleh Bağırova xidməti otağında qohumları ilə görüşməsi üçün şərait yaradıb.

“Otağa daxil olarkən Taleh Bağırov `Siz bura niyə gəlmisiniz, durun gedin` ifadəsini işlədərək kobud tərzdə narazı olduğunu göstərib, çılğınlıq edib. Müəssisə rəisi onu intizama dəvət edərək vəkilləri və qohumları ilə görüşə, telefon danışıqlarına şərait yaradıldığını və hansı səbəbdən bu hüquqlarından imtina etdiyini soruşduqda, `Mən gündəmdə qalmaq istəyirəm, bu mənim bir şansımdır` deyə Taleh Bağırov cavab verib, üzünü qohumlarına tutaraq `Gedin hər kəsə bildirin ki, mən aclıq edirəm` deyib,” Penitensiar Xidmət bildirir.

Öz növbəsində, Taleh Bağırovun həyat yoldaşı Leyla İsmayılzadə fevralın 14-də Amerikanın Səsinə müsahibəsində bildirib ki, Qobustan həbsxanasının rəisi Aftandil Ağayevin otağında Bağırovla görüşüb.

Taleh Bağırzadəyə azadlıq! şüarı
Taleh Bağırzadəyə azadlıq! şüarı

“Taleh Bağırovun atası və mən görüşdüm. Əvvəlcə 15-20 dəqiqə Ağayevlə söhbətimiz oldu. Sonra Taleh Bağırzadənin özünü otağına gətizdirdi. Mən Talehdən soruşdum, niyə evə zəng etmirsən? Dedi, burada rəhbərlik icazə vermir. Soruşdum ki, bəs aclıq edirsən? Dedi ki, bəli işgəncələrə etiraz edib, aclıq edirəm. Rəıs Avtandil Ağayev dedi ki, Cabbar Cabbarov (söhbər Müsəlman Birliyi Hərəkatının fəalı Cabbar Cabbarovdan gedir-red) özü bir şəxsiyyətdir, hara istəyir şikayət edə bilər. Hacı Taleh bildirdi ki, xeyr, biz birgə tutulmuşuq, bir olmuşuq, ona edilən işgəncələrə görə mən də etiraz edirəm. Taleh fevralın 12-də dedi ki, artıq 12 gündür aclıq edir, askiyanı davam etdirəcək.”

İsmayılzadənin sözlərinə görə görüş çox qısa olub.

“Ondan iki və ya üç sual soruşa bildim. Dedim evə niyə zəng etməmisən? Vəkillə niyə görüşmürsən? Dedi ki, vəkillə görüşdən özüm imtina etmişəm. Evə zəng etməyə burada icazə vermirlərsə, bəs, niyə vəkillə görüşə icazə verirlər? Yəqin, bunların planları var. Bu vəkilləri də Yalçın İmanovun aqibəti gözləyir (Vəkil Yalçın İmanov müdafiə etdiyi şəxsin işgəncəyə məruz qalması ilə bağlı məlumat yaydıqdan sonra Penitensiar Xidmətin şikayəti ilə vəkillik fəaliyyəti dayandrılıb-red). Ona görə mən də vəkilimlə görüşdən imtina etdim. Yenə də rəis demək olar ki, Hacı Talehin üzünə durdu ki, `biz zəng etməyə icazə veririk, sən özün zəng etmirsən`. Bu zaman, hacı əsəbləşdi, dəfələrlə dedi ki, `siz zəng etməyə qoymursunuz, mən dəfələrlə demişəm ki, ailəmlə bir-iki dəqiqə də olsa danışacam, siz şərait yaratmırsınız`. Gördü ki, Aftandil Ağayev onu tamamilə inkar edir, hacı əsəbiləşdi, otağı tərk etdi,” İsmayılzadə qeyd edib.

Taleh Bağırov işgəncələrlə bağlı rəisin üzünə dedi ki, koridora çıxanda sən 5-6 nəfəri mənim üstümə göndərmisən. Onlar mənim qolumu qanqrena etmişdilər.
Layla İsmayılzadə, Taleh Bağırovun həyat yoldaşı

Leyla İsmayılzadə həyat yoldaşının səhhəti ilə bağlı danışarkən deyib ki, “zəif idi, arıqlayıb, yorğunluq hiss olunurdu.”

“Bir də eynəyi sınmışdı, əlində idi. Ondan eynəyinin niyə sındığını soruşa bilmədim. Bilmirəm orada nə ediblər, eynəyi sınıb. Eynəyinin bir qulpu sınmışdı. Eynəyi sınıq gəlmişdi.”

İşgəncə halı ilə bağlı sualın cavabında İsmayılzadə Taleh Bağırova istinadən bunları deyib: “Taleh Bağırov işgəncələrlə bağlı rəisin üzünə dedi ki, koridora çıxanda sən 5-6 nəfəri mənim üstümə göndərmisən. Onlar mənim qolumu qanqrena etmişdilər. Daha ətraflı soruşa bilmədik ki, onlar koridorda ona nə ediblər? Onun qoluna necə işgəncə ediblər ki, qanqrena olub? İşarə ilə rəisə qolunun yuxarı hissəsini göstərdi. Yenə rəis onu da inkar etdi,” o qeyd edib.

2015-ci ilin noyabrında Nardaran hadisələri nəticəsində həbs olunan Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə, onun müavini Abbas Hüseyn, hərəkatın bəzi fəalları Qobustan Həbsxanasında saxlanılır. Son vaxtlar onlar həbsxanada işgəncələrə məruz qalmaları barədə bəyanatlarla çıxış edirlər. Hətta Taleh Bağırovun özünə xəsarət yetirmək həddinə çatdırıldığı deyilir Abbas Hüseynin ağır fiziki işgəncəyə məruz qalması barədə onun ailəsi məlumatlar yayıb.

XS
SM
MD
LG