Accessibility links

İran parlament seçkilərinin ikinci raundunun nəticələri ilə parlamentə nəzarət sərt xətt tərəfdarlarının əlinə keçib


Tehran, İran. 10 may, 2024.
Tehran, İran. 10 may, 2024.

Rəsmilərin şənbə günü bildirdiyinə görə, İranda sərt xətt tərəfdarları seçkinin ikinci raundunda parlamentdə qalan yerləri qazanaraq, ölkə parlamentinin nəzarətini tam şəkildə ələ keçirib. Onlar rəqəmlərlə bağlı detalları açıqlamayıb.

Associated Press-in rəqəmlərinə görə, bu seçki və mart ayında keçirilən ilk səsvermənin nəticələri ilə sərt xətt tərəfdarları İran partlamentində 290 yerdən 233-nü qazanmış oldu.

Sərt xətt tərəfdarları şəriə qanuna əsasən daha çox mədəni və sosial məhdudiyyətlərin qoyulmasını dəstəkləyir ki, buna qadınların ictimai yerlərdə hicab taxmalarına dair tələb daxildir. Onlar həmçinin Qərbə, xüsusilə Birləşmiş Ştatlara qarşı düşmənçiliklərini ifadə edirlər.

Ölkə hökumətində dəyişikliyə çağıran və islahatçı kimi tanınan siyasətçilərin seçkidə iştirakları qadağan edilmişdi. Radikal islahatlara və ya İranın teokratik sistemdən imtina etməsinə çağıranlara da ya qadağa qoyulmuşdu, ya da onlar heç namizədliklərini belə irəli sürməmişdi.

Səslər cümə günü hesablanmağa başlayıb, seçki rəsmiləri isə qaliblərin adlarını bir gün sonra elan edib.

Daxili işlər naziri Əhməd Vahidi şənbə günü bildirib ki, “seçici fəallığı yaxşı” olub. O, təfərrüat verməyib.

“Bütün seçilən insanlar nisbətən yaxşı və məqbul səs toplayıblar,” o deyib.

Nəticələr konstitusiyaya nəzarət edən orqan tərəfindən təsdiq edilməlidir. Onun gələn həftə açıqlanacağı gözlənilir. Yeni parlament ayın 27-də işə başlayacaq.

İranda parlament ölkənin idarəçiliyində ikinci dərəcəli rol oynayır, ancaq illik büdcə və başqa vacib qanun alyihələri ilə bağlı qərar verərkən administrasiyasya təzyiqi artıra bilir. Bütün mühüm dövlət məsələlərində son sözü ali ruhani lideri Ayətullah Əli Xamenei deyir.

Martda ümumilikdə 25 milyon insan səs verib və seçici fəallığı 41 faizdən bir az az olub ki, bu da islamçıları hakimiyyətə gətirən 1979-cu il İslam İnqilabından bəri ən aşağı göstəricidir.

Forum

XS
SM
MD
LG