Accessibility links

Parlament seçkisində gender bərabərliyi qorunurmu?


Parlament seçkisində gender bərabərliyi qorunurmu?
please wait

No media source currently available

0:00 0:05:14 0:00

9 fevral Azərbaycanda növbədənkar parlament seçkiləri keçiriləcək. Seçkidə qeydə alınmış namizədlərin ümumi sayı 1637 nəfərdir. 24 yanvar tarixinə qeydə alınmış namizədlərdən 239 nəfəri seçki yarışından imtina edib. Qeydiyyata alınmış namizədlərin 21 faizini qadınlar təşkil edir. Yeni Azərbaycan Partiyasının 123 namizədindən cəmi 26-ı qadındır. "Hərəkət" seçki blokunda yalnız 1 qadın namizədə rast gəlmək mümkündür. Müsavat partiyasının 64 namizədindən 6-ı qadındır. Real cümhriyyətçilər ittifaqında isə 31 namizəd arasında qadın namizədə rast gəlinmir. Bəs görəsən namizədlər arasında gender bərabərliyi niyə qorunmur? Aktivist Lamiyə Bayramova deyir ki, ümumiyyətlə dünyada qadınların siyasi proseslərdə iştirakı kişilərə nisbətdə kəskin şəkildə azdır. Dünyada qadınların idarəetmədə iştirakı 23% təşkil edir. İnkişaf etmiş demokratik ölkələrdə gender balansı az da olsa qorunur. Lakin Azərbaycan kimi ölkələrdə qadın və kişilər arasında kəskin fərq müşahidə olunur. Buna səbəb mühafizəkar cəmiyyət, onun gender stereotipləri, keyfiyyətsiz təhsili və qeyri-demokratik mühitdir. Gender fəalı Gülnara Mehdiyevanın fikrincə, seçkilərdə qadınların iştirakı ilə bağlı sualı iki istiqamətdən nəzərdən keçirməliyik. Birincisi, niyə indəyədək parlamentdə qadınlar az təmsil olunub, ikincisi isə hazırda parlament seçkiləri ərəfəsində niyə qadınların iştirakı daha azdır.

XS
SM
MD
LG