Accessibility links

Parkların incəsənət arabası

Son illərin trendlərindən biri böyüklər üçün rəngləmə kitablarıdır. Artıq dünyanın hər yerində istənilən kitabçıya gedib belə boyama kitabı tapmaq olar. Yəni, mağazanın uşaq bölməsindən deyil, məhz elə Dostoyevskinin, Kafkanın kitabları satılan böyük sektorundan. Bu fenomen necə yaranıb? Böyük insanlar niyə gül-çiçək rəngləyir?

CNN bununla bağlı araşdırma aparıb. Məlum olub ki, fiqurları rəngləmək insan beyninə xeyli faydalıdır. Gündəlik stressdən yorulan beyin boyama zamanı bir növü terapiya mərhələsinə keçir. Rənglərə, elementlərə fokuslanmaq beyni rahatladır və pozitiv hisslərlə doldurur. Beləcə, insanlar neqativ düşüncələrdən uzaqlaşa bilir.

Bu səbəblə Nyu York bələdiyəsi şəhərin mərkəzində bir neçə rəngli boya məntəqəsi hazırlayıb. Bunlardan ən məşhuru Bryant parkın yanındadır. “Art kart” yəni incəsənət arabası adlanan məntəqə həm meditasiya, həm də əyləncə üçün nəzərdə tutulub. Arabada rəngbərəng qələmlər, boyalar, plastilin, rəngləmə dəftərləri var.

Arabanın ətrafındakı masalarda oturub şəhərin axışından, parkdakı çiçəklərdən və ya heykəllərdən ilham almaq olar. Bu incəsənət arabalarından həm uşaqlar, həm də böyüklər istifadə edə bilər.

XS
SM
MD
LG