ABŞ fəza agentliyi NASA gələn il Günəş atmosferinə fəza gəmisi göndərməyi planlaşdırır.
Parker Fəza Gəmisi günəşdəki aktivlik barədə məlumat toplayacaq və fəzada baş verən hadisələrin Yer Kürəsinə necə təsir edə bildiyini izah edəcək.
Obyekt günəş səthinin təxminən on altı milyon doxsan üç min dörd yüz kilometrliyində orbit edəcək. Bu hər hansı fəza gəmisinin günəşə yaxınlaşmasından səkkiz dəfə daha yaxındır. Günəşə ən yaxın məsafədə 12 santimetr qalınlığında istiyə dözümlü səthi olan fəza gəmisi 1300 dərəcə Selsi temperatura davamlı olmalıdır.
NASA planı Çikaqo Universitetində astrofizik İyucin Parkerin şərəfinə keçirilən mərasimdə açıqlayıb. Fəza gəmisi onun adını daşıyır.
Parker Günəş Küləyi kimi tanınan fenomeni ilk dəfə tədqiq edən alimdir.
Günəş küləyi günəşdən qaynaqlanan qazlardan əmələ gəlir. Bu küləklər nəticədə Yer Kürəsiniin ətrafından saatda təxminən 1.6 milyon kilometr sürətlə keçir və alimlər bunun planetimizə ciddi təsir göstərə biləcəyinə inanır.
Fəza gəmisinin 2018-ci ilin avqustunda səfərə çıxacağı gözlənilir və bu missiyanın 2025-ci ilədək davam edəcəyi planlaşdırılır.