Accessibility links

Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşür


Cəbhədə gərginlik davam edir.

Parisdə ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyan görüşür.
Görüşdən əvvəl müxtəlif səviyyələrdə səslənən bəyanatlara görə, vasitəçilər Robert Bradtke (ABŞ), Jak For (Fransa), İqor Popov Azərbaycanla Ermənistanın mövqeyinin yaxınlaşdırması və cəbhə xəttində gərginliyin aradan qaldırılması üçün hansısa yeni təklif və ideyalar irəli sürəcək

Amerika dövlət katibi Hillari Klinton da iyunun 6-da Bakıda keçirdiyi mətbuat konfransında son dövrlər Ermənistan-Azərbaycan cəbhəsindəki gərginlikdən narahatlığını bildirib. Xanım Klinton mətbuat konfransında iyunu n 18-də Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Parisdə keçiriləcək görüşünə də toxunub. “Biz orada (Parisdə-red) yeni yanaşma tərzlərini müzakirə edəcəyik. Mən Ermənistanda və Azərbaycanda bu məsələləri müzakirə etdim. Gərək münaqişə həllini tapsın, bir yol olmalıdır. Biz 2012-ci ildə yaşayırıq. Münaqişənin həllinin vaxtı çoxdan keçib. Hər iki prezidentə söz vermişəm ki, münaqişənin həlli üçün əlimdən gələni edəcəm”.
Turan Agentliyinin məlumatına görə, nazirlərə növbəti bəyanatların layihələri təqdim olunacaq, sonra bunlar iki ölkə prezidentinin müzakirəsinə veriləcək. Belə sənədlərin mənası və mahiyyəti tərəfləri konfrontasiyadan çəkindirmək, genişmiqyaslı hərbi əməliyyatların bərpasına yol verməməkdən ibarətdir.

Azərbaycan və Ermənistan Müdafiə Nazirliklərinin son bir ayda yaydığı məlumatlara görə, cəbhədə gərginlik davam edir. Tərəflər son ay ərzində ondan çox hərbiçisini itirib. Azərbaycan Müdafiə Nazirliyinin bu gün yaydığı məlumata görə isə, cəbhənin Tərtər istiqamətində əsgər Rəcəb Əfəndiyev yaralanıb.

XS
SM
MD
LG