Accessibility links

Davutoğlu: Fransisin bəyanatı Türkiyə və Vatikan arasında münasibətləri mürəkkəbləşdirib


Türkiyə Vatikandakı səfirini Papa Fransisin ermənilərin qətlə yetirilməsinin 100 illiyi ilə bağlı hadisəni “soyqırım” adlandırdıqdan sonra geri çağırıb.

Papa Müqəddəs Pyotr kilsəsində keçirilən mərasim zamanı bu bəyanatla çıxış edib.

Ankara bildirib ki, səfir Mehmət Paçaçı hökumət rəsmiləri ilə məsləhətləşmək üçün geri çağırılıb. Papa çıxışında 1.5 miliyon erməninin həyatını itirdiyi hadisələri “20-ci əsrin ilk soyqırımı” adlandırıb.

Baş nazir Əhməd Davudoğlu deyib ki, Fransisin bəyanatı Türkiyə və Katolik kilsəsi arasındakı əlaqələrin mürəkkəbləşməsinə gətirib çıxarıb.

Mərasimdə iştirak edən Ermənistan prezidenti Serj Sarkisyan bildirib ki, Papa Fransisin bəyanatını beynəlxalq ictimaiyyətə güclü bir mesajdır.

Türkiyə ermənilərin Osmanlı türklərilə münaqişə zamanı qətlə yetirildiyini qəbul etsə də, bunun soyqırım olduğunu rədd edir.Türkiyə öldürülənlərin sayının şişirildiyini, həlak olanların vətəndaş müharibəsi və iğtişaşların qurbanı olduğunu bildirir.

Papa Con Pavel İkinci və Ermənistan patriarxı 2000-ci ildə birgə bəyanatla çıxış edərək hadisəni “soyqırım” adlandırmışdı. Lakin bu ifadə Müqəddəs Pyotr kilsəsində keçirilən mərasimdə ilk dəfədir işlədilir.

XS
SM
MD
LG