Papa Fransis Milad Günündə Vatikan və dünyaya mesajında dünya boyu mövcud olan çox sayda münaqişə, böhran və ixtilafları həll etmək üçün dialoqa açıq olmaən vacibliyini vurğulayıb. O, Suriya, İran və Yəmən kimi yerlərdə uzun müddətdir davam edən münaqişələrin sonsuz əzablara səbəb olduğunu bildirib.
Papa Fransiz ənənəyə uyğun olaraq Milad Günündə Müqəddəs Pyotr Bazilikasının eyvanına çıxaraq “Urbi et Orbi” mesajını və Vatikan və dünyaya xeyir-duasını çatdırıb. O ötən il COVID-19 pandemiyası səbəbilə ötən il bu ənənəni həyata keçirə bilməmişdi. Yağışlı qız günündə Vatikanda toplaşan insanla müraciət edən Fransis deyib ki, pandemiya dövründə dünyanın səbrli dialoqa daha çox ehtiyacı var.
Papa bildirib ki, “sosial əlaqələr üçün imkanlarımız ciddi şəkildə sınanır, bu əlaqələrdən geri çəkilmək, hər şeyi özümüz etmək, başqaları ilə əlaqə qurub, birlikdə iş görmək səylərinə son qoymaq tendensiyası artır.”
O həmçinin beynəlxalq vəziyyətə toxunaraq, “çox sayda münaqişə, böhran və ixtilafların şahidi olduğumuzu” bildirib. O əlavə edib ki, “belə görünür ki, onlar heç vaxt bitmir və insanlar demək olar ki, onların fərqinə varmırlar.
Fransis deyib ki, biz onlara o qədər öyrəşmişik ki, indi artıq böyük faciaələr böyük səssizliklə keçib gedir, biz çox sayda qardaş və bacılarımızın ağrı iztirab fəryadlarını duymamaq riski ilə üzləşirik.”
Fransiz deyib ki, bu, dialoqdan yayınmaq riskidir və dünya pandemiyasının yaratdığı bu mürəkkəb böhran uzun dialoq yolu əvəzinə qısa yollara əl atmağımıza gətirib çıxarıb. O vurğulayıb ki, münaqişələri həll etməyin və hər kəs üçün davamlı faydaları təmin etməyin dialoqlardır.
Papanın xüsusilə də on ildən çoxdur davam edən müharibənin çox sayda tələfat və saysız-hesabsız insanın didərgin düşməsi ilə nəticələnən Suriya, hələ də uzun müharibədən sonra bərpa olmaq üçün mübarizə aparan İraq və Yəməni qeyd edib.
“Gəlin hər kəsin göz ardı etdiyi on illərdir davam edən böyük faciənin səssiz şəkildə dvam etdiyi və hər gün tələfatla nəticələndiyi Yəməndə uşaqların fəryadına qulaq verək,” Fransis deyib.
Fransis dünyadakı digər münaqişələri, o cümlədən israillilərlə fələstinlilər arasında gərinliklərin davam etdiyi Yaxın Şərqi də vurğulayıb. Bundan əlavə papa 40 ildir münaqişə içində yaşayan əfqan xalqı və Myanma xalqından bəhs edib.