Accessibility links

Panama kanalı yenidən istifadəyə verilib


Yenidən qurma işləri aparılan Panama kanalı 9 ildən sonra bu gün yenidən istifadəyə verilib.

Panama kanalının açılış mərasimində 10 ölkə və beynəlxalq təşkilatın nümayəndə heyəti iştirak edib.

Kanaldan ilk olaraq musiqinin müşayiəti ilə Çinin “Cosco Shipping” yük gəmisi keçib.

Panama kanalı 1904-cü ildə 10 il ərzində tikilib. Kanalın tikintisində dünyanın 30 ölkəsindən 50 min insan çalışıb. Kanal 15 avqust 1914-cü ildə açılıb və həmin gün kanaldan “Ankon”gəmisi keçib. Ancaq kanalın rəsmi açılışı 6 il sonra, 1920-ci ilin iyununda olub. Kanal 1999-cu ilə qədər ABŞ administrasiyasının icarəsində və idarəetməsində olub. 1999-cu ildə kanal Panamanın yurisdiksiyasına keçib. Kanal vasitəsi ilə dünyadakı ticarət yüklərinin 4 faizi, ABŞ-ın ticarət yüklərinin isə 16 faizi daşınır. Ancaq kanal müasir böyük gəmilərin tələbatlarına cavab vermədiyi üçün 2007-ci ildən rekonstruksiya işlərinə başlanıb. Bu məqsədlə ötən dövr ərzində 8,75 milyard dollar xərclənib.

XS
SM
MD
LG