Accessibility links

Mayk Pompeo Türkiyə prezidenti ilə səudiyyəli jurnalistin yoxa çıxmasını müzakirə edib


ABŞ dövlət katibi Mayk Pompeo səudiyyəli jurnalistin yoxa çıxması ilə əlaqədar təhqiqatın nəticələrinin bütün dünyaya nümayiş etdiriləcəyi barədə Səudiyyə Ərəbistanı liderlərinin razılığını aldıqdan sonra Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanla görüşüb.

Pompeo Ərdoğanla Camal Xaşuqci barədə bağlı qapılar arxasında danışıqlar apardıqdan az sonra Ankaranı tərk edərkən müxbirlərin suallarını cavablandırmayıb.

Pompeo Xaşuqcinin yoxa çıxmasını kral Salman və onun oğlu şahzadə Məhəmməd bin Salmanla müzakirə etdikdən bir gün sonra Səudiyyə Ərəbistanından Türkiyəyə yola düşüb.

Ər-Riyadı tərk etməzdən əvvəl Pompeo krallığın şəffaf araşdırmaların aparılacağını vəd etdiyini bildirib.

Müxbirin Xaşuqcinin sağ olması və ya ölməsi barədə sualına Mayk Pompeo “Mən faktlar barədə danışmaq istəmirəm. Onlar da bunu istəmir. Onlar bu istintaqın tamamlanmasını istəyir. Və məncə bu ağıllı fikirdir. Bundan sonra isə biz nəticələri, onların işini qiymətləndirəcəyik” - deyə cavabinda bildirib.

Wall Street Journal çərşənbə axşamı məlumat verib ki, səudiyyəli agentlər Xaşuqcini döydükdən və halsız vəziyyətə gətirdikdən sonra onu öldürüb və daha sonra doğrayıb. Qəzet yazır ki, Türkiyə rəsmiləri audio yazıdan əldə edilən detallar da daxil olmaqla, dəlilləri Səudiyyə və ABŞ rəsmiləri ilə bölüşüb.

The New York Times and Washington Post məlumat verib ki, 15 Türkiyə rəsmisindən bir neçəsi şübhəlilərin Səudiyyə Təhlükəsizlik Xidməti və şahzadə ilə əlaqəsi olan adamlar olduqlarını bildirib.

Associated Press-ə müsahibəsində ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına qarşı artmaqda olan təyziqləri tənqid edib.

Lakin bəzi ABŞ qanunvericiləri Türkiyənin səudiyyəli agentlərin Xaşuqcini öldürməsi versiyasını qəbul edib.

XS
SM
MD
LG