Accessibility links

İsrail və HƏMAS arasında atəşkəs başa çatandan bəri 200 fələstinlinin öldüyü deyilir


İsrailin borbardmanı nəticəsində yaralanan fələstinli uşaq. Deir əl Bəlad, Qəzza zolağı. 2 dekabr, 2023.
İsrailin borbardmanı nəticəsində yaralanan fələstinli uşaq. Deir əl Bəlad, Qəzza zolağı. 2 dekabr, 2023.

Cümə günü İsraillə HƏMAS arasında atəşkəsin pozulmasından bəri ən azı 200 fələstinli ölüb. Bununla da, Qəzzada Səhiyyə Nazirliyinin bildirdiyinə görə, HƏMAS-ın oktyabrın 7-də hücumundan bəri Qəzzada ölənlərin sayı 15200-ü ötüb. Nazirlik onların 70 faizinin qadın və uşaqlar olduğunu bildirir.

Təxminən 2 milyon fələstinli, yəni Qəzzanın demək olar bütün əhalisi indi artıq ərazinin cənub yarısına sığınıb. Onların qaçacaqları və ya sığınacaqları yerlərin sayı azalıb. İsrail şənbə günü anklavın cənub hissəsində hədəflərə zərbələr endirib və mülki vətəndaşların daha çox məhəllələri evakuasiya etmələrinə göstəriş verib.

İsrail ordusu Qəzza zolağını yüzlərlə rəqəmlərlə işarələnən hissələrə bölündüyünü göstərən onlayn xəritə dərc edib və sakinləri evakuasiya xəbərdalıqlarından öncə olduqları yerlə yaxından tanış olmağa çağırıb.

ABŞ-ın vitse-prezidenti Kamala Harris şənbə günü deyib ki, Qəzzada həddindən çox fələstinli öldürülür və İsraili onları qorumaq üçün daha çox şey etməyə çağırıb.

Dubaydan keçirilən COP28 sammiti çərçivəsində mətbuat konfranslarında çıxış edən Harris deyib ki, HƏMAS oktyabrın 7-də israilli mülki vətəndaşlara qarşı hücumlarından sonra, İsrailin ABŞ-ın terror təşkilatı kimi tanıdığı, HƏMAS-a qarşı hərbi əməliyyat aparmağa legitim hüququ var. Həmin hücum nəticəsində 1200 nəfər ölüb, təxminən 240 nəfər qaçırılıb. Onlardan 100-ü yenicə başa çatan yeddi günlük atəşkəs çərçivəsində fələstinli məhbusların müqabilində azadlığa buraxılıb.

HƏMAS-ı anklavdan silməyə söz verən İsrailin Birləşmiş Ştatların zərbələri zamanı mülki vətəndaşlardan yayınmaq çağırışlarına qulaq asıb-asmayacağ bəlli deyil.

HƏMAS-ın həmçinin İsrailin hücumlarından öncə insanların evakusiya edilməli olan əraziləri tərk etmələrinin qarşısını aldığı və onlardan canlı qalxan kimi istifadə etdi və özünün xəstəxanalar və başqa mülki ərazilərin altında gizləndiyi bildirilir.

İsrail ordusu şənbə günü hava hücumları, tanklardan və donanma gəmilərindən açdığı atəşlə son bir gün ərzində Qəzza boyu HƏMAS-ın 400-dən çox hədəfini vurduğunu bildirib.

Şənbə günü Qəzzanın cənubuna zərbələr məscidləri, evləri və xəstəxanaya yaxın əraziləri vurub.

Cənubda Deir-əl-Bəlah şəhərində bir evə zərbə nəticəsində, üçü uşaq olmaqla, azı doqquz nəfər həyatını itirib. Bu barədə cəsədlərin aparıldığı xəstəxana məlumat verib. Xəstəxanaya həmçinin gecə boyu hava zərbələri nəticəsində ölən başqa yeddi nəfərin, o cümlədən iki uşağın cəsədi aparılıb.

"Yer üzündə cəhənnəm"

Qəzzanın şimalında bir zərbə nəticəsində Qəzza şəhəri yaxınlığında Cəbəliyə qaçqın düşərgəsində didərgin düşən ailələrin qaldığı bir bina dağılın. Nəticədə onlarla insan ölüb və ya yaralanıb. Bu barədə bina sakinləri Həmzə Obeid və Amal Rədvan bildirib.

“Qəzzada Yer üzünə cəhənnəm qayıdım,” BMT-nin Cenevrədəki humanitar ofisinin sözçüsü Yens Laerke cümə günü bildirib.

“Bu gün hakimiyyətdə olanlar Qəzzada uşaqların öldürülməsinin yenidən başlayacağına qərar verdilər,” UNICEF-in sözçüsü Ceyms Elder Rəfah-dan video bağlantı vasitəsilə deyib və münaqişəni “uşaqlara qarşı müharibə” adlandırıb.

Elder Qəzzada kəskin qida, su və sanitasiya çatışmazlığını vurğulayıb və davamlı atəşkəsə çağırış edib. O deyib ki, bunun alternativi onsuzda kabus içində yaşayan insanlar üçün ağlasığmaz bir mənzərədir.

“Hərəkətsizlik, mahiyyət etibarı ilə, uşaqların öldürülməsini təsdiq etməkdir,” o deyib

İsrailin cənubunda Qəzza zolağı yaxınlığındakı icmalarda sirena səsləri eşidilib, ancaq ölən və ya yaralananın olmadığı bildirilir.

Reuters döyüş meydanında baş verənləri təsdiqləyə bilmədiyini bildirib.

Atəşkəs pozulandan sonra Baş nazir Benyamin Netanyahunun ofisi Dohada danışıqlar aparan nümayəndə heyətinə İsrailə geri dönməyə göstəriş verdiyini bildirib.

ABŞ-ın nəhəng bombalar verdiyinə dair məlumat

The Wall Street Journal xəbər verir ki, Birləşmiş Ştatlar İsraili "milyonlarla dollar" dəyərində nəhəng bombalar və artilleriya mərmiləri ilə təmin edib, eyni zamanda isə İsrailə mülki itkiləri məhdudlaşdırmağı tövsiyə edir.

Məlumatda adları açıqlanmayan ABŞ rəsmilərinə istinadən deyilir ki, "ABŞ İsrailə HƏMAS-ı Qəzzadan sıxışdırmaq üçün on minlərlə silah və artilleriya mərmisi ilə yanaşı, böyük bunker bombaları da verib."

ABŞ rəsmilərinin dediyinə görə, silahlara "təxminən 15 min bomba və 57 min artilleriya mərmisi" daxildir ki, onlar HƏMAS-ın oktybarın 7-də hücumundan qısa müddət sonra İsrailə verilib və "son günlərdə də davam edib.

Suriyada Müdafiə Nazirliyi bildirib ki, İsrail şənbə günü Dəməşq yaxınlığına havadan zərbələr endirib. Suriya dövlət medias xəbər verur ki, hərbi müdafiə sistemi İsrail raketlərinin əksəriyyətini vurub. O, itkilər barədə məlumatın olmadığını bildirib.

Forum

XS
SM
MD
LG