Pakistan rəsmilərinin bildirdiyinə görə, Birləşmiş Ştatlara məxsus olduğundan şubhələnilən pilotsuz təyyarənin ölkənin qəbilələrin yaşadığı şimal-qərbində həyata keçirdiyi hücum nəticəsində 4 yaraqlı ölüb. Bu gün Əfqanıstanla sərhəddəki Şimali Vəziristanda içərisində yaraqlılar olan maşının atəşə tutulduğu deyilir.
Birləşmiş Ştatlar həmin bölgədə Taliban və Əl-Qaidə üzvlərinin Əfqanıstana hücumlar həyata keçirmək üçün məskunlaşdıqlarını deyir. ABŞ Pakistanda həyata keçirilən hücim barədə məlumat verməyib.
*/