Pakistan polisi bildirir ki, yaraqlılar 60-a yaxın vətəndaşı ölkənin şimalı-qərbində oğurlayıb. Polis söyləyib ki, ağır silahlanmış yaraqlılar pusqu quraraq şənbə günü Kurram regionu istiqamətində gedən avtomobillərə basqın etmiş və sərnişinləri girov götürmüşlər. Rəsmilər girov götürülənləri xilas etmək məqsədi ilə cəhdlər göstərdiyini bildirib. Pakistan ordusunun Əfqan sərhədi boyu qəbilələrin yaşadığı ərazilərdə istehkamlanmış yaraqlıları təmizləmək cəhdləri üzündən yaraqlıların əksəriyyəti Kurrama istiqamət alıb.
Pakistan polisi bildirir ki, yaraqlılar 60-a yaxın vətəndaşı ölkənin şimalı-qərbində oğurlayıb