Pakistanın şimal-qərbində yaraqlılar iki aydan çox müddətdir girov saxladıqları yerli müxbiri azad ediblər.
Vəziristanın şimalında rəsmilər maska geymiş silahlı şəxsin Rəhmətullah Darpakeli avqust ayının 11 Miranşah şəhərində oğurladığını bildiriblər.
O, dünən heç bir şərt irəli sürülmədən azad edilib. Müxbirin oğurlanmasına görə məsuliyyəti heç kimin öz üzərinə götürmədiyinə axmayaraq, Əfqanıstanla sərhəddə yerləşən bu ərazi əl-Qaidə və Taliban yaraqlılarının mərkəzləşdikləri yer kimi tanınır.