Pakistanın Sindh vilayətində yeni daşqınlar 1 milyon insanın didərgin düşməsinə səbəb olub. Dünən daşqın təhlükəsi altında olan 3 cənub şəhərindən 400000 insan evakuasiya edilmişdi. Rəsmilər Thatta sakinlərinə bu tarixi şəhəri tərk etmək göstərişi verib. Pakistan son bir ay ərzində təbii fəlakətlə mübarizə aparır. Pakistanın şimal dağlıq bölgələrindən cənuba üz tutan sellər kəndləri yuyub aparıb, əkin sahələri və infrastrukturu sıradan çıxarıb. 1600 adam fəlakətin qurbanı olub. 20 milyon insan sellərin təsirinə məruz qalıb.
Pakistanın Sindh vilayətində yeni daşqınlar 1 milyon insanın didərgin düşməsinə səbəb olub. Dünən daşqın təhlükəsi altında olan 3 cənub şəhərindən 400000 insan evakuasiya edilmişdi