Pakistan rəsmilərinin bildirdiyinə görə, İranla sərhəd Turbat regionunda 20 ilə 32 yaş arasında güllələnərək öldürülən kişi cəsədləri aşkar edilib.
Vilayət idarəsinin rəsmisi Darmun Bavani Amerikanın Səsinə təhlükəsizlik qüvvələrinin bölgədə əməliyyat keçirdiyini, qətllərlə bağlı hələ ki, heç kimin məsuliyyətə cəlb edilmədiyini deyib.
Bavani bildirib ki, öldürülənlər qeyri-qanuni şəkildə İrandan gələn miqrantlar ola bilər.
Bundan bir neçə saat sonra naməlum silahlı şəxs Bəlucistanın paytaxtı Quettada yüksək rütbəli polis zabiti və onun ailə üzvlərini daşıyan maşını atəşə tutub.
Polisin bildirdiyinə görə, polis rəisinin müavini İlyas Can və onun oğlu hadisə yerində keçinib. Canın xanımı və digər uşağı isə həyati təhlükədədir.
Bəlucistan Çinin maliyyələşdirdiyi dəmir yolu, yollar, enerji və kommunikasiya layihələrinin yerləşdiyi bölgədir.
Təbii sərvətlərlə zəngin bu vilayət illərdir yerli bəluc yaraqlılarının ekstremizminə səhnə olub.
Son zamanlar isə İŞİD-lə əlaqəsi olan militantlar hücumlarının sayını artırıb.
İslamabad zorakılıqların arxasında Hindastanın durduğunu bildirib.
Dehli hələ ki, İslamabadın iddialarına münasibət bildirməyib.