Accessibility links

Pakistanda mübahisəli səsvermənin ardınca səslər hesablanır


Seçki rəsmiləri İslamabadda ölkə üzrə ümumilli səsvermənin başa çatmasından sonra səsləri hesablayır. 8 fevral. 2024.
Seçki rəsmiləri İslamabadda ölkə üzrə ümumilli səsvermənin başa çatmasından sonra səsləri hesablayır. 8 fevral. 2024.

Pakistanda cümə axşamı uzun müddətdir təxirə salınan seçkilər keçirilib. Ancaq ara-sıra baş verən zorakılıq halları və ölkə üzrə mobil telefon və internet xidmətlərinin kəsilməsi səsverməni kölgədə qoyub və onsuz da mübahisəli səsvermənin etibarlılığı ilə bağlı narahatlıqları artırıb.

Pakistan boyu səsvermə yerli vaxtla axşam saat 5-də başa çatıb və proses böyük ölçüdə dinc keçib.

Daxili İşlər Nazirliyinin səhər tezdən səsvermə başlamadan öncə verdiyi açıqlamada deyilib ki, telefon xidmətlərində kəsintilərin məqsədi “potensial təhlükəsizlik təhdidlərini azaltmaq” və “qanun və asayişi qorumaq.” Olub.

Nazilik çərşənbə günü Bəlucistan vilayətində 30 nəfərin ölümü ilə nəticələnən bomba hücumlarından bir gün sonraya təsadüf edən internet kəsintilərini müzakirə etməyib. İslcam Dövləti qrupu bomba hücumlarının məsuliyyətini üzərinə götürüb. Seçki günündə ölkənin bəzi hissələrində militant hücumları həmçinin əksəriyyəti polis zabitləri olmaqla bir neçə nəfərin ölümünə səbəb olub.

Analitiklər deyir ki, kim seçkidə qalib gəlsə, siyasi sistemdən dərin məyusluq hissi keçirən, seçki prosesinə inamı az olan və ölkənin iqtisadi çətinliklərindən son dərəcə narahat olan bir ictimaiyyətə xidmət edəcək.

Daha öncə üç dəfə nazir olan sabiq baş nazir Nəvaz Şərifin Müsəlman Liqası (Nəvaz) Partiyası güclü ordunun favoriti hesab olunur, ən son seçilən baş nazir İmran Xan isə həbsdədir. Ordunun dəstəyi ilə onun Pakistan Təhrik-i-İnsan (PTİ) partiyasına qarşı təqibləri nəticəsində bir çox insan bu demokratik prosesdən məyus qalıb.

“Mən bura səsimin ölkə və bizim üçün nəyisə dəyişəcəyinə dair düşüncə ilə gəldim,” Lahor şəhərində ilk dəfə səs verən Faizə Tariq deyir.

Fəzal-u-Rəhman isə səs verməyənlərdəndir. O buna səbəb olaraq prosesə etimadının olmamasını göstərir.

“Mənim səs verib-verməməyimin mənası yoxdur. Hakimiyyətə gəlməli olanlar gələcəklər,” o deyib.
Xaricdə yaşayan pakistanlı Nəzvard Atta iddia olunan ədalətsizliyə qarşı səs vermək üçün geri gəldiyini deyir.

“Biz sadəcə olaraq Pakistanın taleyi və Pakistanın gələcəyini dəyişmək istəyirik,” o deyib.

Anam Xan kimi digər seçicilər isə rabitə xidmətlərinin kəsilməsinin tənqid edib.

“Niyə? Müharibə var? Onlar insanların sosial mediada videolar paylaşmalarının qarşısınımı almaq istəyirlər? İnsanlar bunu daha sonra edə bilərlər, inşallah,” o deyib.

Pakistan hökuməti 241 milyon insanla dünyanın ən ço əhalisini olan beşindi ölkəsində on minlərlə seçki məntəqəsində təhlükəsizliyi təmin etmək üçün 650 min ordu və polis əməkdaşını səfərbər edib.

Səsvermə bitəndən bir neçə saat sonra, daxili işlər nazirliyi mobil xidmətlərin tədricən bərpa edildiyini və yaxında tamamilə düzələcəyini bildirib.

Telelfon və internet xidmətərinin kəsilməsi Pakistanın ordu tərəfindən dəstəklənən müvəqqəti hökumətinin, əsasən də həbsdə olan sabiq baş nazir İmran Xanın partiyasına sadiq namizədlərin qələbə çalmasını məhdudlaşdırmaq məqsədilə səsverməni saxtalaşdırmaq cəhdi olduğuna dair ittihamlara gətirib çıxarıb.

Forum

XS
SM
MD
LG