Bəzisinin əynində polis paltarı, qumbara və pulemyotlarla silahlanmışTaliban yaraqlıları Pakistanın şimal-qərbindəki Dera İsmayıl Xan şəhərindəki həbsxanaya hücum edərək, 25 terrorçu da daxil edilməklə, 240 məhbusu azad edib.
Rəsmilər hücum zamanı 4-ü polis işçisi olmaqla, 12 nəfərin öldürüldüyünü bildirir. Şəhərdə qadağa saatının tətbiq edildiyi və hərbiçilərin bölgəni mühasirəyə aldığı deyilir.
Pakistandakı Talibanın sözçüsü hücumun məsuliyyətini qrupun üzərinə götürdüyünü deyib. O, əməliyyatda bir neçəsi intiharçı olmaqla, 150 yaraqlının iştirak etdiyini bildirib və əlavə edib ki, əməliyyat uğurla nəticələnib.