Accessibility links

Pakistanda tarixi seçkilərdə ilkin nəticələr açıqlanır



Pakistanda tarixi seçkilərdə keçmiş baş nazir Nəvaz Şərifin mühafizəkar partiyasının üstünülük qazandığı bildirilir. Qeyri-rəsmi nəticələr daxil olmağa davam edən vaxt dövlət televiziyası cənab Şərifin başçılıq etdiyi Pakistan Müsəlman Liqasının hökumət təşkil etmək üçün kifayət qədər yer aldığı və əksəriyyət əldə etməyə yaxın olduğunu bildirib.

Kriket üzrə keçmiş çempion İmran Xanın Təhriki İnsaf partiyası qətiyyətlə ikinci yerdə gələrək, Əfqanıstanla sərhəddə yerləşən mühüm Xeybər Paxtunkva vilayətinin nəzarətini ələ ala biləciyi gözlənilir.

Keçmiş baş nazir Benazir Bhuttonun oğlunun başçılıq etdiyi Pakistan Xalq Partiyasının üçüncü yerdə gəldiyi bildirilir.

Rəsmilər seçki öncəsi və seçki günündə Taliban tərəfindən törədilmiş zorakılıq aktlarına baxmayaraq, şənbə günü 272 yerlik Milli Assambleyaya seçkilərdə seçicilərin 60 faizinin səs verdiyini bildirir.

Seçki günü Avami Milli Partiyasının seçki qərargahı Talibanın hücumuna məruz qalmış, hücum nəticəsində 24 insan həyatını itirmişdir.
XS
SM
MD
LG