Accessibility links

Pakistan ərazisinin böyük hissəsində bir neçə saat elektrik kəsilib


Hökumətin enerjiyə qənaət tədbirinin əks nəticə verdiyi vaxt bazar ertəsi səhər Pakistan ərazisinin böyük hissəsi bir neçə saat elektriksiz qalıb. Elektrikin kəsilməsi narahatlıqlara səbəb olub və nəğd pulu olmayan hökumətin ölkədə iqtisadi böhranı idarə etməsi ilə bağlı suallar doğurub.

Rəsmilərin dediyinə görə, Pakistanda ölkə daxilində yanacağa qənaət edilməsi üçün elektrikdən az istifadə saatlarında gecə kəsilib və texniki işçilər səhər sistemi yenidən işə sala bilməyiblər.

Elektrik enerjisinin dayandırılması 2021-ci ilin yanvarında baş vermiş kütləvi elektrik kəsilməsini xatırladıb. O zaman buna ölkədə elektrik enerjisinin istehsalı və paylanması sistemindəki texniki nasazlıq səbəb olmuşdu.

Ölkə boyu baş verən qəza nəticəsində nasoslar elektrik enerjisi ilə işlədiyi üçün bir çox insan bazar ertəsi içməli susuz qalıb. Şaxtalı qış havasında məktəblər, xəstəxanalar, fabriklər və mağazalar işıqsız qalıb.

Energetika naziri Xürrəm Dəstgirin bazar ertəsi yerli mətbuata bildirdiyinə görə, mühəndislər paytaxt İslamabad da olmaqla, ölkənin hər yerində elektrik enerjisi təchizatını bərpa etməyə çalışır. Hökumət xalqı elektrik enerjisinin yaxın 12 saat ərzində tam bərpa olunacağına inandırmağa çalışıb.

Nazir qış aylarında elektrik enerjisindən istifadənin adətən yay aylarında kondinsionerdən istifadə edilən vaxtlardan fərqli olaraq, gecə saatlarında azaldığını bildirib.

"İqtisadi tədbir olaraq, bazar günü gecə elektrik istehsal sistemlərimizi müvəqqəti olaraq bağladıq" - deyə, Dəstgir bildirib.

Mühəndislər sistemləri yenidən işə salmağa çalışanda "gərginlik dalğaları" müşahidə edilib ki, bu da "elektrik şəbəkələrini bir-birinin ardınca bağlamağa məcbur edib", nazir deyib.

XS
SM
MD
LG