Pakistanın cənub-qərb bölgəsində bazar günü naməlum silahlı şəxslər 11 kömür mədən işçisini qaçıraraq öldürüb. Ölümcül hücum Bəluçistan əyalətinin Machh qəsəbəsində baş verib. Yerli səlahiyyətlilər bir neçə mədənçinin ağır yaralandığını və yerli xəstəxanada müalicə altına alındığını təsdiqləyib.
Hücumdan sonra Amerikanın Səsinə daxil olan mobil videoda öldürülən işçilərin əlləri arxadan və gözləri bağlı olduqları görünür.
Qurbanların keçmişdə ekstremistlərin hücumuna məruz qalan azlıq Hazara şiə icmasının üzvləri olduğu bildirilir.
İslam Dövlətinin Pakistan şöbəsinin etnik Hazaralarıi edam edir. Bu qrup şiə müsəlmanları, onların ziyarətgahlarını və ibadət yerlərini tez-tez hədəf alır.
Son aylar İslam Dövləti yaraqlıları Əfqanıstandakı Hazara icmasına qarşı çox sayda insanın ölümünə səbəb olan böyük hücumlar təşkil edib.
Hökumətinin sözçüsü Liaquat Şahvani Pakistan polisi və hərbiləşdirilmiş qüvvələrin hücum edənləri axtardığını bildirib.
Fars dilində danışan Hazara icması bir əsr əvvəl qonşu Əfqanıstandan köçmüş və Quettanın bəzi bölgələrində məskunlaşmışlar.
Pakistan baş naziri İmran Xan hücumu “qorxaq və insanlıqdan uzaq hərəkət” kimi qınayaraq, gühankarların ədalət məhkəməsi qarşısına çıxarılmasına göstəriş verib.