Accessibility links

Pakistanda zəlzələ qurbanlarının sayı 327 nəfərə çatıb


Pakistan rəsmiləri Pakistanın cənub-qərbində güclü zəlzələdən sonra Bəlucistan vilayətinin Avaran dağlıq ərazisində minlərlə palçıq evllərin uçması nəticəsində ölənlərin sayının təxminən 327 nəfərə çatdığını deyib.

Yerli rəsmi Can Məhəmməd Bulaidi 300-dən çox insanın yaralandığını deyib. Xilasetmə dəstələri xəsarət almış insanları xəstəxanalara aparmağa çalışır. Lakin proses genişmiqyaslı dağıntılar ucbatından ləng gedir.

Rəsmilərin sözlərinə görə, İranla sərhəd bölgədə sağ qalan insanlar çadır, tibbi ləvazimat və ərzaqa möhdacdır.

Hərbiçilər ərazilərə təchizat daşıyır.

ABŞ Geoloji Sorğunun qeydə aldığı 7.7 bal gücündə zəlzələ dəniz yatağının qalxmasına və kiçik adanın yaranmasına səbəb olub.

Pakistan xəbər kanalı ölkənin cənub sahilində dənizin ortasındakı daş ərazinin şəkillərini nümayiş etdirib.

ABŞ-ın Geoloji Araşdırma Mərkəzi zəlzələnin Pakistanın Əfqanıstan və İranla sərhəd bölgəsində yerləşən Bəlucistan vilayətindəki Dalbandin qəsəbəsindən 230 kilometr cənub-qərbdə baş verdiyi haqda məlumat verib.
XS
SM
MD
LG