Pakistan ittihamlara son qoyulub, qonşu Əfqanıstanla əməkdaşlıq etməyin vaxtı çatdığını bildirib. Bu bəyanat Əfqanıstanın Pakistanda məskunlaşan yaraqlıların kütləvi intihar hücumları həyata keçirdiklərinə görə Pakistan hökumətini günahlandırmasından sonra səslənib. Pakistanın Xarici İşlər Nazirliyinin sözcüsü Əbdül Bəsit bu gün müxbirlərə bildirib ki, dəlilsiz ittihamlar problemlər yaradır və İslamabad münaqişəli münasibətlərdən uzaq olmaq istəyir. Deyilənlər Əfqanıstan prezidenti Həmid Karzayın Pakistan hökumətinin çərşənbə axşamı Kabildə şiə müsəlmanları hədəf alan kamikadze hücumuna cavab verməyə çağırdıqdan sonraya təsadüf edib. Hücum zamanı 55 adam həlak olub.