Accessibility links

Pakistanın sabiq baş naziri İmran Xan həbsdən sonra evinə qayıdıb


İmran Xan.
İmran Xan.

Pakistanın sabiq baş naziri İmran Xan onun korrupsiya ittihamı ilə həbs olunması səbəbilə günlərlə davam edən hüquqi drama və ümummilli iğtişaşlardan sonra zamində buraxılmasının ardınca şənbə günü Lahordakı iqamətgahına gedib.

Xan çərşənbə axşamı adi məhkəmə iclası zamanı onlarla paramilitar qoşun tərəfindən həbs edilib. Bu, ölkə boyu bir neçə şəhərdə Xanın tərəfarları ilə təhlükəsizlik qüvvələri arasında şiddətli qarşıdurmalara gətirib çıxarıb.

Xanın həbsi ötən il ona qarşı sui-qəsd cəhdində iştirak etməkdə ittiham etdiyi güclü ordunun onu danlamasından bir neçə saat sonraya təsadüf edib.

Onun zaminə buraxılmaq üçün ərizə verməyə hazırlaşarkən məhkəmə binasında həbs edilməsi cümə axşamı Ali Məhkəmə tərəfindən qanunsuz elan edilib. Məhkəmə onu cümə gününədək polis nəzarətində saxlayıb və həmin gün korrupsiya işi ilə əlaqədar onu iki həftəlik zaminə buraxıb.

İslamabad Ali Məhkəməsi həmçinin Xanın heç bir halda bazar ertəsindən əvvəl həbs edilə bilməyəcəyinə qərar verib.

Xan keçən ilin aprelində hakimiyyətdən kənarlaşdırıldıqdan sonra Pakistanda müxalifətçilər üçün tez-tez təhlükə yaradan bir sıra hüquqi ittihamlarla üzləşib.

“Ölkənin ən böyük partiyasının sədri ali məhkəmədən və bütün ölkənin gözlərinin qarşısında qaçırılıb,” Xan məhkəmə binasından AFP-yə bildirib.

“Onlar Onlar mənimlə terrorçu kimi rəftar etdilər, buna reaksiya olmalı idi,” o, etirazlara istinadən söyləyib.

“Bu gün bir qələbədir”

Xan nəhayət cümə günü məhkəmədə dinləmə bitdikdən bir neçə saat sonra və bir neçə kilometr aralıda etirazçılarla polis arasında toqquşma baş verdiyi zaman ağır müharfizə olunan məhkəməni tərk edib. Polis etirazçılara gözyaşardıcı qazla cavab verib . Polisin bildirdiyinə görə, zabitlərə də atəş açılıb.

Şənbə günü isə keçmiş kriket ulduzu Lahordakı iqamətgahına gedib. Onun PTI partiyasının internetdə paylaşdığı videoda onun 100-dən çox tərəfdarının Xanın sərbəst buraxılmağını qeyd etdiyi və maşının üzərinə qızıl gül ləçəkləri atdığı görsənir.

“Onlar Xanı susdurmağa və onun dəmir barmaqlıqlar arxasına qoymağa çalışırlar. Ancaq Xan sübut edib ki, həqiqətin yanında olan hər zaman qazanır,” 21 yaşlı tərəfdar Vaqar Əhsan AFP-yə bildirib.

Üç uşaq anası 40 yaşlı Zuneira Şah qorxur ki, “isteblişment onu təqib edəcək.”

“Xan onların onillərdir etdikləri korrupsiyaya təhdiddir, ona görə də, əlbəttə ki, onlar sakit durmayaaq. Qarşıdan uzun mübarizə olacaq, amma bu gün qələbədir.”

XS
SM
MD
LG