Accessibility links

Pakistanda seçki günündə mobil telefon və internet xidmətləri kəsilib


Pakistan cümə axşamı seçicilər onsuzda mübahisəli parlamenet seçkiləri günündə ölkə boyu mobil telefon və internet xidmətlərini kəsib.

Daxili İşlər Nazirliyi səhər tezdən 128 milyon seçici üçün seçki məntəqələri açılmadan bildirib ki, telefon xidmətlərində kəsintilər “potensial təhlükəsizlik təhdidlərini azaltmaq” və “qanun və asayişi qorumaq” məqsədi daşıdığını bildirib. Nazirlik internet kəsintilərindən bəhs etməyib.

Kəsintilər çərşənbə günü cənub-qərb Bəlucistan vilayətində kampaniya ofislərinin önündə iki ayr bombanın partlayaraq 30 nəfəri öldürməsindən sonraya təsadüf edib. İslam Dövləti militant qrupu bombalamanın məsuliyyətini üzərinə götürüb.

Hökumət təxminən 241 milyon insanla dünyanın ən çox əhalisi olan beşinci ölkəsi boyu on minlərlə seçki məntəqəsində təhlükəsizliyi təmin etmək üçün 650 mindən çox ordu, yarı-hərbi və polis qüvvələrini səfərbər edib.

Cümə axşamı gündüz saatlarında şimal-şərq Dera İsmail Xan vilayətində polis patrulunu hədəf alan bomba partlayışı ən azı beç polis zabitinin ölümü ilə nəticələnib. Qadağan olunmuş Təhrik-i-Taliban Pakistan qrupundan militantların bu həftənin əvvəlində sübh tezdən polis idarəsinə reyd edərək 10 təhlükəsizlik işçisini qətlə yetirdiyi vilayətdə baş verən bu partlayışa görə məsuliyyəti üzərinə götürən olmayıb.

Ancaq telefon və internet xidmətlərininin kəsilməsi bunun Pakistanın ordu tərəfindən dəstəklənən müvəqqəti hökumətinin, əsasən də həbsdə olan sabiq baş nazir İmran Xanın partiyasına sadiq namizədlərin qələbə çalmasını məhdudlaşdırmaq məqsədilə səsverməni saxtalaşdırmaq cəhdi olduğuna dair ittihamlara gətirib çıxarıb.

Qlobal kibertəhlükəsizliyə və internet idarəçiliyinə nəzarət edən müstəqil nəzarət təşkilatı NetBlocks ölkə daxilində rabitə xidmətlərinin dayandırıldığını təsdiqləyib.

“Real vaxtlı şəbəkə məlumatları #Pakistan-ın bir neçə bölgəsində mobil şəbəkələrdə kəsintilərdən əlavə internet kəsintilərinin də olduğunu” göstərir; insident seçki gününə və aylardır siyasi müxalifəti hədəf alan rəqəmsal senzuradan sonraya təsadüf edir,” təşkilat əvvəllər Twitter kimi tanınan X sosial media platformasında bildirib.

71 yaşında ən populyar milli siyasətçi olan Xan səsvermə ərəfəsində çox mübahisəli korrupsiya və digər ittihamlara görə məhkum edilib və uzunmüddətli həbs cəzası alıb.

Əvvəllər kriket oyunçusu olan siyasətçinin Pakistan Təhrik-i-İnsaf (PTİ) partiyası aylardır ölkə boyu dövlət tərəfindən təqiblərə məruz qalır. Partiyanın yüzlərlə işçisi və namizədi heç bir ittiham olmadan həbs edilib və yalnız partiyanı tərk etdikdən və ya seçkidən geri çəkildikdən sonra sərbəst buraxılıb.

“Pakistanlılar, qanunsuz, faşist rejim seçki günündə Pakistan boyu mobil telefon xidmətlərini kəsib. Sizdən şəxsi WiFi hesablarınızdan parolları silməklə bu qorxaq hərəkətə qarşı durmağınız xahiş olunur ki, bu son dərəcə vacib gündə yaxınlıqdakı hər kəs internetə çıxış əldə edə bilsin,” PTİ-nin X-də yerləşdirilən elanında bildirilir.

Baş nazirliyə namizəd Bilaval Butto Zərdari mobil telefon xidmətlərinin kəsilməsini tənqid edib.

“Ölkə boyu mobil telefon xidmətləri dərhal bərpa edilməlidir,” Zərdari X-də yazıb.
Müşahidəçilər bildirib ki, Pakistan daha öncə də seçkiləri böyük təhlükəsizlik narahtıqları və terror təhdidləri fonunda keçirib, amma rabitə xidmətlərini kəsməyib.

“Səsvermə günündə mobil şəbəkələri kəsmət seçki günündə saxtalaşdırmanın başlanğıcıdır,” İslamabadda parlamentin aşağı palatası olan Milli Assambleyaya müstəqil namizəd Mustafa Navaz Xokar deyib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Kyiv Rusiyanın Ukraynaya qitələrarası ballistik raket atdığını bildirib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG