Accessibility links

Kəraçidə bomba partlayışı zamanı 25 nəfər həlak olub


Pakistan rəsmiləri ölkənin cənubunda Kəraçi şəhərində bomba partlayışı nəticəsində 25 nəfərin həlak olduğunu, 50 nəfərin isə yaralandığını bildirib.

Polisin bildirdiyinə görə, bomba ölkədə azlıqdan olan şiələrin yaşadığı ərazidə axşam namazını bitirən dindarların məsciddən çıxdığı zaman partlayıb. Məscidin yaxınlığında yerləşən bir neçə binaya xəsarət dəyib. Yaralananlar arasında qadın və uşaqların olduğu deyilir.

Rəsmilər hücum zamanı bir neçə partlayıcıdan istifadə edildiyini bildiriblər.

Hücuma görə məsuliyyəti öz üzərinə götürən olmayıb. Lakin Əl-Qaidə və Talibanlar əlaqəsi olan sünni yaraqlılar Pakistanda, xüsusilə də Kəraçidə şiə müsəlmanların yaşadığı yerləri tez-tez hədəfə çevirir.

Pakistan İnsan Haqları Komissiyası adlanan müstəqil qrupun bildirdiyinə görə, Pakistanın ən böyük şəhəri olan Kəraçidə təkcə keçən il etnik və siyasi mənsubiyyət, həmçinin təriqət zəminində zorakılıqlar nəticəsində 2284 insan həyatını itirib.
XS
SM
MD
LG