Accessibility links

Pakistanın hərbi məhkəməsi Bin Ladeni tapmağa kömək etmiş həkimin həbs müddətini azaldıb


Şakil Afridi
Şakil Afridi
Pakistanın hərbi məhkəməsi ABŞ kəşfiyyatına Usama Bin Ladeni tapmağa kömək etmiş həkimin 33 illik həbs müddətinin 10 il azaldılması haqda qərar çıxarıb.

Şakil Afridi 2012-ci ildə Mərkəzi Kəşfiyyat Agentliyi deyil, islamçı militantlara maliyyə və tibbi yardımla kömək etməkdə ittiham edilmişdi

Afridinin DNK məlumatları toplamaq üçün peyvənd proqramı keçirmək və Bin Ladenin Abbotabadda olduğunu müəyyən etdiyinə görə Pakistan rəsmiləri tərəfindən hədəf alındığına inanılır.

Hərbi tribunal qərarı Afridinin vəkilinin onun məhkəməsinin yenidən keçirilməsi haqda müraciətinə cavab olaraq çıxarıb. Məhkəmə onun müraciətini rəd edib.

Şakil Afridi məhkəmənin yenidən keçirilməsi üçü təkrar müraciət göndərə bilər.
XS
SM
MD
LG