Pakistanın müdafiə naziri Əhməd Muxtar Amerikanı Bəlucistan vilayətindəki Şəmsi hava bazasını tərk etməyə çağırıb. Nazir ABŞ-ın həmin bazadan Taliban və Əl-Qaidə yaraqlılarına qarşı əməliyyatlar üçün istifadə etdiyini deyib. Amerika rəsmiləri isə o bazada heç bir hərbi personnel və ya təyyarənin olmadığını bildirir. ABŞ Pakistanda hücumlar həyata keçirildiyini rəsmən təsdiq etməyib. Lakin regiona pilotsuz təyyarələr yerləşdirildiyini bildirib.Pakistanla ABŞ arasında may ayının 2-də Əl-Qaidə lideri Üsama Bin Ladenin öldürülməsi ilə nəticələnən reyddən sonra gərginlik yaranıb.