Rayan Qoslin xilaskar!
Hollivud ulduzu Rayan Qoslinq indi əsl qəhrəman adlandırmaq olar. Deyilənə görə “Drive” filmində çəkilmiş kino-ulduz Rayan Qoslinq Nyu York şəhərində britaniyalı müxbir Lauri Penini avtomobilin altına düşməkdən qurtarıb. Lauri tvitterdə göndərdiyi mesajda insidenti təsdiqləyib və deyib ki, 6-cı Avenünü keçəndə Qoslinq onu xilas edib. Müxbir əlavə edib ki, o, Londondan olduğu üçün küçəni keçəndə düzgün tərəfə baxmırdı və incident məhz onun diqqətsizliyi üzündən baş verib. Əslində bu Rayanın ilk qəhrəmanlığı deyil. Avqust ayında Qoslinqin küçə davası zamanı tərəfləri ayırması kameraya çəkilmişdi. Rayanın yaxşı insan olmasına heç bir şübhə yoxdur.
“The Lucky One”
ABŞ Hərbi Dəniz qüvvələrinin əsgəri Loqan Tibault İraqda üçüncü müddət xidmət etdikdən sonra vətənə qayıdır. O, partlayış zamanı sag qalmasının səbəbini tanımadığı bir qadının foto şəkli ilə əlaqələndirir. O qayıtdıqdan sonra həmin qadının adının Bet olduğunu və onun yaşadığı yeri öyrənir. Loqan oraya gedir və qadının ailəsinə məxsus fermada çalışmağa başlayır. Olduqca mürəkkəb həyatı olan Betin ona əvvəl inansızlıqla yanaşmasına baxmayaraq, onlar arasında münasibətlər böyük məhəbbətə çevrilir. “The Lucky One” filmi Nikoloas Sparksın eyniadlı romanı əsasında çəkilib. Filmin rejissoru Skot Hiks, ssenari müəllifi Vill Fettersdir. Baş rollarda Zak Efron, Teylor Skillinq, Cey Ferquson və başqaları çəkiliblər.