Accessibility links

Şimali Koreya Otto Varmbiyerlə qəddar rəftar edildiyi və ona işgəncə verildiyini inkar edib


Şimali Koreya rəsmisi o ölkədə həbsdə olan amerikalı Otto Varmbiyerlə qəddar rəftar edildiyi və ona işgəncə verildiyini inkar edərək, Amerika və Cənubi Koreyanı "qarayaxma" kampaniyas aparmaqda günahlndırıb.

O, Şimali Koreyanı Ottonun ölümündə "ən böyük qurban" adlandırıb.

Şimali Koreya mətbuatının yazdığına görə, Uarmbiyerin ölümünə Pxenyan ilk reaksiya verib.

Şimali Koreyada 17 ay həbsdə olduqdan sonra koma vəziyyətində ABŞ-a qaytarılan amerikalı tələbə Otto Varmbiyer Sinsinnatti xəstəxanasında dünyasını dəyişib.

“Təəssüf ki, oğlumuzun Şimali Koreyada aldığı dəhşətli dərəcədə qəddar rəftar bizim bu gün gördüyümüz nəticədən başqa heç bir şeylə nəticələnə bilməzdi”, Otto Varmbiyerin ailəsinin bəyanatında bildirilib.

Həkimlər 22 yaşlı Varmbiyerin Şimali Koreyada olduğu müddətdə ciddi beyin zədəsi aldığını bildirib. Lakin həkimlər buna nəyin səbəb olduğunu aydınlaşdıra bilməyib.

Otto Varmbiyer 2016-cı ildə Şimali Koreyada təbliğat posterini oğurlamaq cəhdi ilə əlaqədar 15 illik həbsə məhkum edilmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniyanın müdafiə naziri dəstək məqsədilə Ukraynaya səfər edib
please wait

No media source currently available

0:00 0:12:00 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG